"Əskər” və "alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ- Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR

 

AMEA-nın Dilçilik İnstitutunun Orfoqrafiya Komissiyasının bəzi sözlərlə bağlı təklifini məqbul sayması ictimaiyyət arasında müzakirələrə səbəb olub, hətta narazılıq və etirazlar doğurub. Əsas narazı təbəqə təhsil sahəsində çalışan mütəxəssislərdir.

İddia olunur ki, əgər "əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” kimi yazılması təklifi təsdiq olunarsa, qəbul və buraxılış imtahanlarında iştirak edən abituriyentlər ciddi problemlə üzləşə bilərlər.

Bu, həm də Azərbaycan dilinin qrammatikasına ciddi şəkildə təsir göstərəcək. Demək olar ki, bütün kitablar yenidən yazılmalı, bütün test tapşırıqları yenidən işlənməlidir.


Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, sözügedən məsələ böyük bir nəsil üçün problem yarada bilər.


"Bildiyiniz kimi, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə, dövlət qulluğuna keçirilən qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslər ilk növbədə Azərbaycan dilindən imtahan verirlər. Bu fənn üzrə test tapşırıqlarının sayı ümumi proqramın azı 30 faizini təşkil edir. Bu o deməkdir ki, həmin yerlərə qəbul imtahanları üçün istifadə olunan bütün resurslar yenidən yazılmalıdır. Bu hələ işin əhatə dairəsinin 1 faizidir. Təklif olunan dəyişikliklər qəbul edilsə, bütün kitablar, dərsliklər dəyişilməlidir. Nəzərə alsaq ki, hazırda hətta 1-ci sinifdə oxuyan şagirdlər belə ənənəvi formada olan sözlərdən istifadə edib təhsil alırlar, bu o deməkdir ki, böyük bir nəsil, geniş tərkibdə oxucu kütləsi, sənədləşmə üçün problem yarana bilər”.


Ekspertin sözlərinə görə, əgər bu sözlər təsdiq olunarsa, çox ciddi problem ortaya çıxacaq.


"Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bilirsiz ki, təhsil sistemində ana dilindəki resurslarla bağlı ciddi problemlər yaranmışdı. Bu kimi məsələlər indi indi həll olunmağa başlamışdı ki, yeni dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər təkcə Azərbaycan dilinə deyil, bu, bütün fənlərə, ixtisaslara təsir göstərəcək. Bu o deməkdir ki, milyonlarla kağız daşıyıcı üzərində olan kitablar, sənədlər yenidən hazırlanmalıdır. Amma təklif olunan dəyişikliklər abituriyentlərə ciddi şəkildə mənfi təsir göstərə bilər. Ona görə ki, onsuz da bəzi bölgələrdə danışıq dialekti, ləhcə, şivələr var və bu da bəzi sözlərin deyilişi zamanı ortaya problemlər çıxarır. Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir və düşünürəm ki, təklif olunan dəyişikliklərə ehtiyac yoxdur”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300