Siqareti tərgitmək istəyənlərə kömək- Kabinetlər yaradılacaq

Bu il ilkin səhiyyə xidmətlərində tütündən imtina üzrə tibbi məsləhət kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

 

Kabinetin yaradılmasında məqsəd siqaretdən qurtulmaq istəyənlərə yardım göstərməkdir. Müraciət edənlərlə psixoloji iş aparılacaq.

Xatırladaq ki, belə kabinetlərin yaradılması "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda əksini tapıb. Bundan əvvəl, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) ambulator şöbəsinin nəzdində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti və xüsusi "qaynar xətt” yaradılmışdı. Kabinetdə siqaret çəkənlərin orqanizmində baş verən dəyişikliklər, siqaretin tərkibinə qatılan kimyəvi maddələr haqqında məlumatlar verilirdi, xüsusi vasitələrlə siqaretin cibə və ağciyərə vurduğu zərər hesablanırdı. Yeni yaradılacaq kabinetlərdə də əvvəlki təcrübədən istifadə ediləcək.

 

Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı hər 6 saniyədə bir insanın siqaretdən dünyasını dəyişdiyini bildirir. Yəni hər il dünyada 6 milyon insan tütün tüstüsünün yaratdığı xəstəliklərdən dünyasını dəyişir. Bunun 10 faizi passiv tütün çəkmənin təsirindən ölənlərdir. Siqaret 70-90 faiz hallarda ağır xəstəliklərə gətirib çıxarır. Xüsusilə ağciyər, tənəffüs yolları, mədə, dil-dodaq xərçənginin yaranmasında siqaret səbəblərdən biridir.

 

Qanunda həmçinin tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəlmiş tibbi yardımın göstərilməsi də əksini tapıb. /virtualaz.org

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300