Ermənistan prezidentliyinə yeni namizədin adı məlum olub

 

Ermənistan prezidentliyinə yeni namizədin adı açıqlanıb.

"Report” "Jamanak”a istinadən xəbər verir ki, bu posta Yerevanın Britaniyadakı səfiri Armen Sarqsyanın namizədliyi irəli sürüləcək.

Onun artıq Ermənistanda olduğu, son günlər bir neçə görüş keçirdiyi bildirilib. Xüsusilə hazırkı prezident Serj Sarqsyanın yaxın adamları və onun siyasi kursunu dəstəkləyənlər səfirlə görüşürlər.

A.Sarqsyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.

64 yaşlı A.Sarqsyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu haqda məlumat yayılıb. Ona görə də ehtimal olunur ki, o həm də erməni diasporu və lobbisinin prezidentliyə namizədi ola bilər.

A.Sarqsyanın namizədliyinin hakim "Ermənistan Respublikaçılar Partiyası"ndan irəli sürüləcəyi ehtimal edilir. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da adı namizədlər sırasında hallanır.

Mütəxəssislər hesab edirlər ki, Rusiya, xüsusilə ölkənin xarici işlər naziri Sergey Lavrov onun namizədliyini müdafiə edir. 2016-cı il avqustun 26-da Rusiya prezidenti E.Nalbandyanı "Dostluq” ordeni ilə təltif edib.

Bununla belə, onun prezident postu tutmaq istəməməsi barədə də məlumatlar yayılır. Ehtimal edilir ki, aprelin 9-dan sonra formalaşdırılacaq hökumətdə o, yenidən xarici işlər naziri olacaq və bu, hazırki XİN başçısı üçün ən yaxşı varinatdı. Çünki bu zaman E.Nalbandyan daha çox sərbəst olur və xarici ölkələri səyahət edə bilir. O, təqaüdə çıxdıqdan sonra Ermənistanın Fransadakı səfiri olmaq arzusundadır.

Qeyd edək ki, Ermənistan parlameti martın 2-də yeni prezident seçəcək.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300