"Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırdır

 

İspaniyanın "Real Madrid” klubunun prezidenti Florentino Peres futbolçu Kriştianu Ronaldunu satmağa hazırdır.

"Report” "Record”a istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbəri portuqaliyalı hücumçunun meneceri Jorje Mendeşə təkliflər gözlədiyini və onun müştərisini satmağa hazır olduğunu bildirib. Bir müddət əvvəl AS nəşri 33 yaşlı hücumçunun da "Real Madrid”i tərk etmək istədiyini yazıb. Təcrübəli forvard Peresin onun məvacibi artırmamasından narazıdır. Portuqaliyalının xidmətində Fransanın PSJ klubunun maraqlı olduğu bildirilir.

"Real Madrid” La Liqada geridə qalan 19 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 19 xal geri qalır. Ronaldu ölkə çempionatında iştirak etdiyi 14 matçda 4 qol vurub.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin "Mançester Yunayted” klubundan "Real Madrid”ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər yeni müqavilə bağlayıb.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300