Atası Kəramət Böyükçölün əvəzindən üzr istədi: "Xəlil Rzanın ruhu bağışlasın..."/VİDEO

 

Bir neçə gündür ki, gənc yazar Kəramət Böyükçülün Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü sosial şəbəkədə status yazaraq təhqir etməsi geniş müzakirələrə səbəb olub.

Statusda K.Böyükçöl bildirib ki, Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asıb: "Səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi”.

Ötən gün APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında onun qalmaqala səbəb olan statusu özüylə birlikdə atası, şair Qəşəm Nəcəfzadə və başqaları ilə birlikdə müzakirə edilib.

Yazar Kəramət Böyükçöl hesab edir ki, yazdığı statusla Xəlil Rzanı təhqir etmək, alçaltmaq niyyəti olmayıb: "Onu şair kimi bəyənmədiyimi bildirmişəm, xoşuma gəlmir. İstedadsızdır demişəm və xalq hərəkatı dövründə bir çoxları kimi milli ədavəti qızışdıran insanlardan biri kimi Xəlil Rzanın adını çəkmişəm. Orada qeyd etmişəm ki, KQB-nin qazdığı xəndək, Xəlil Rza da bütün bu odlu alovlu çıxışları ilə ona xidmət etmiş olur”.

Söhbətə müdaxilə edən aparıcı İlham Tumas isə əslində bu fikirlərin K. Böyükçölün Zərdüşt Əlizadə ilə müsahibəsində əks olunduğunu xatırladıb. Qeyd edib ki, X. Rza Ulutürk haqqındakı bu fikirlərin sahibi Zərdüşt Əlizadə olub.

K. Böyükçölün atası Qəşəm Nəcəfzadə oğlunun yazdığı statusa belə münasibət bildirib: "Mən Xəlil Rzanı bəyənirəm. Onu beynəlmiləl şair adlandırıram. Hətta deyərdim ki, onu zindandan tərcümə etdiyi şairlər xilas etdi. Xalqımıza deyirəm ki, Kəramətin bu yazısı, bu statusu tamamilə səhvdir, düzgün deyil”.

O oğlunun əvəzindən üzr istəyib. "Mən bir oğul atası kimi Kəramətin yerinə Xəlil Rzanın ruhundan üzr istəyirəm. Kəramət səhv eləyir, mənə elə gəlir ki, o səhvini başa düşəcək".

Verilişin digər qonaqları da qalmaqallı statusla bağlı yazarın fikirlərini tənqid edib

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300