Nikol Paşinyan: Ermənistanın işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir » Ulu Yol Xəbər portalı

Nikol Paşinyan: Ermənistanın işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir

 

Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər ötən gün narazılıqları daha da artırır. Hökumət problemləri aradan qaldıra bilmir. Ölkənin maliyyə ehtiyatları tükənmək üzrədir. "Yelk” partiyası bu vəziyyətin aradan qaldırmasının yeganə yolunu Ermənıstanı təcrid vəziyyətinə salmış Serj Sarkisyan rejimini devirməkdə görür.

AZƏRTAC xəbər verir ki, partiyanın rəhbəri, deputat Nikol Paşinyan hazırda hökuməti cinayətkar qrupun idarə etdiyini bildirib. O deyib ki, bu cinayətkar dəstənin yürütdüyü işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycana məxsus Dağlıq Qarabağa göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbiçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Serj Sarkisyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlikdə olduğunu yaxşı bilir.

Sülh dialoqu təşkilatının hüquqşünası Ruben Martirosyan deyir ki, ilkin istintaq həqiqətin üzə çıxarılmasında deyil, gizlədilməsində maraqlıdır.

Erməni siyasətçilər də hazırki durumun sosial partlayışla nəticələnəcəyini vurğulayırlar. Ona görə də "Yelk” partiyasının rəhbəri hər kəsi ölkəni idarə edən cinayətkar rejimə qarşı birləşməyə çağırır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300