Altı qumarxana, üstü yasxana: Bakıdakı kazinonun "krişa"sı kimdir? - FOTOREPORTAJ

Bura ilk baxışdan internet klub təəssüratı yaratsa da əslində, belə deyil.

Yenicag.az xəbər verir ki, fasadı İngiltərənin "Arsenal” Futbol klubunun loqosu və futbolçuların şəkilləri ilə bəzədilən bu məkan əslində, qumarxanadır. Maraqlıdır ki, işbazlar qeyri-qanuni fəaliyyət göstərən bu qumarxananı işlətmək üçün "Vida” mərasim zalının birinci mərtəbəsini seçiblər.


Yenicag.az-ın əməkdaşları sözügedən obyektdə olarkən, qanunla qadağan edilmiş bir sıra faktlarla qarşılaşıblar.

Yasamal rayonu Dadaş Bünyadzadə 232 ünvanında yerləşən bu məkanda müxtəlif növ qumar aparatlarına rast gəlmək mümkündür. Bundan başqa salonda "qara bazar” kimi fəaliyyət göstərən bukmeker kontoru da var ki, bu da dövlət tərəfindən qanunla qadağan olunub. Buranın müştəriləri müəyyən miqdarda pul ödəməklə kompüterlər vasitəsilə öz şanslarını yoxlayırlar. Bəxti gətirənlər uduşlarını kassadan alır, uduzanlar isə suyu süzülmüş şəkildə qumarxananı tərk edir. Məkanın mülki geyimli, adətən, dindarların istifadə etdiyi təsbehlə dolaşan mühafizəçisi də var. O, içəri daxil olanları ilk olaraq göz nəzarətindən keçirir. Təbii ki, bu da başa düşüləndir. Çünki onların özləri də qeyri-qanuni işlə məşğul olduqlarının fərqindədirlər. Buna görə də içəri daxil olan şəxsin müştəri olub-olmaması onlar üçün önəmlidir.

Məkanda olduğumuz yarım saat ərzində kameralar və bu şəxsin gözləri üzərimizdən çəkilmədi. Bu səbəbdən obyektin daxilində çəkilən fotoların az olması başa düşüləndir. Aydın məsələdir ki, Yasamal kimi geniş ərazisi olan rayonda lap kiçik obyektin açılması, fəaliyyət göstərməsi üçün müəyyən qurumlardan icazə alınmalıdır. Ancaq nədənsə, belə bir böyük məkanda qumarxanın fəaliyyət göstərməsinə göz yumulur. Çox güman ki, qumarxananın sahibləri açıq-aşkar şəkildə kazino işlətməkdən heç də çəkinmirlər, öz "krişa”larına arxayındırlar. Bizim vəzifəmiz yazmaq, çəkib göstərmək, hüquq-mühafizə orqanlarının işi isə qumarxana ilə bağlı ölçü götürməkdən ibarətdir.

Emin Səfərov- Elvin Paşazadə

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300