Afrika İttifaqı: Donald Tramp üzr istəməlidir

 

Afrika ölkələrinin nümayəndələri ABŞ prezidenti Donald Trampdan afrikalıların ünvanına söylədiyi vulqar sözlərə görə üzr istəməyi tələb ediblər.

APA-nın "DW” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Afrika İttifaqının ABŞ-dakı nümayəndəliyinin bəyanatında deyilir.

Afrika qitəsinin 54 ölkəsinin imzaladığı bəyanatda tələb olunur ki, Tramp "murdar ölkələrdən olan immiqrantlar” ifadəsini geri götürsün.

Nümayəndəlik bildirib ki, Afrika ölkələri ABŞ prezidentinin xəyanətkar, irqçi və ksenofob ifadələrindən təəccüblənir və Afrika qitəsinin təhqir edilməsinə yönəlik tendensiyadan narahatdır.

Xatırladaq ki, ötən gün D. Tramp Demokratlar Partiyasından və Respublikaçılar Partiyasından olan konqresmenlərlə görüşündə deyib ki, ABŞ Haitidən və "murdar” Afrika ölkələrindən olan immiqrantları deyil, Norveç kimi ölkələrdən olan immiqrantları qəbul etməlidir.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300