Vətəndaşlarla bağlı məxfi məlumatları "Optimal electronics"ə kim ötürür- Banklarla gizli əməkdaşlıq

”Optimal electronics” mağazalar şəbəkəsi daxili kreditlə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikası məhsullarının daxili kreditlə satışını təşkil edir.

Daxili kredit dedikdə isə banklar deyil, mağazaların, şirkətlərin kredit mütəxəssisləri tərəfindən rəsmiləşdirilməsi nəzərdə tutulur. Lakin "Optimal electronics” kredit üçün müraciət edənlərlə bağlı araşdırma apararkən potensial müştərinin banklardakı kredit tarixçəsini də yoxlayır”.

Minval.İnfoxəbər verir ki, bu barədə məlumatı Finans.az-a mağazalar şəbəkəsinin müştərilərindən biri verib. Onun sözlərinə görə, mağazalardan birinə kredit üçün müraciət etdikdə kredit mütəxəssisi bildirib ki, kredit ayrılması üçün onun Mərkəzləşmiş Kredit Reyestrindəki kredit tarixçəsi də nəzərdən keçirilməlidir. Mağazanın reyestrə çıxışı olmadığından, bunu banklardan birinin köməkliyi ilə edir. Daha doğrusu, mağaza müştəri barədə məlumatları sıx əlaqədə olduğu banklardan birinin əməkdaşına göndərir, o isə kredit tarixçəsindən çıxarışı mağazaya təqdim edir. Yalnız bundan sonra müştəriyə müsbət və ya mənfi cavab verilir.

Sayt faktı dəqiqləşdirmək üçün "Optimal electronics”in internet saytı vasitəsilə onlayn məsləhətçiyə müraciət etdik. Jalə adlı onlayn məsləhətçi faktı təsdiqləyib və müştərinin kredit tarixçəsinə həqiqətən baxıldığını bildirib. O, bir mağazanın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı necə alması barədə sualını isə cavabsız qoyub.

Qeyd edək ki, vətəndaşlar barədə kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir: kredit təşkilatları, kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri). Sadalananlar istisna olmaqla kredit tarixçəsini təşkil edən məlumatın üçüncü şəxslərə açmamaq qanunla qadağandır. Buna baxmayaraq, "Optimal electronics” gizli əlaqələrdən istifadə etməklə vətəndaşlar barədə kütləvi şəkildə belə informasiyaları əldə edir və bu işdə bəzi bankların əməkdaşlarının da rolu var.

Bir müddət əvvələdək bank sektorunda çalışmış şəxslərdən biri deyib ki, "Optimal electronics” və bank əməkdaşları arasındakı münasibətlər qanunsuz əsaslarla və müəyyən maraqlar qarşılığında qurulur. Belə ki, bank əməkdaşı maddi marağı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatları üçüncu tərəfə – "Optimal electronics”ə ötürür, bununla da ciddi qanun pozuntusuna yol verir.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300