Oktay Gülalıyev "Qafqazın qəhrəmanı” adına layiq görüldü

Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev "Kafkazskiy Uzel" tərəfindən keçirilən "Qafqazın qəhrəmanı" onlayn səsverməsinin qalibi olub.

Uluyol.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün feysbuk şəbəkəsində yazıb.

"Dostlar, bildiyiniz kimi Rusiyanın tanınmış hüquq müdafiə internet nəşri olan "Kafkazskiy Uzel" tərəfindən keçirilən "Qafqazın qəhrəmanı" onlayn səsverməsi bu gün yekunlaşdı. Səsvermədə Cənubi Qafqaz regionunun vətəndaş cəmiyyəti fəallarından hüquq müdafiə sahəsində daha çox fərqlənən 7 namizəd təmsil olunub. Səsvermənin gedişində facebook hesabımdan və digər internet resurlarından hər hansı çağırış edib, məlumat paylaşıb səsverməyə süni şəkildə müdaxiləyə cəhd etmədim. Amma sizlərin, ölkəmizdə və xaricdə yaşayan dostlarımızın dəstəyi ilə 34.25% səslə səsvermənin qalibi olduq. Helsinki Vətəndaş Assambleyasının Vanadzor (Ermənistan) ofisinin sədri, hüquq müdafiəçisi Artur Sakunts 29,69% səslə ikinci olub. Üçüncü yeri Gürcüstanın Cənubi Osetiya bölgəsindən Tamara Mearakişvili tutub. Artıq sayt səsverməni dayandırıb və qalibi elan edib...

Dəstəyinizə və çox saylı təbriklərinizə görə çox sağ olun. Amma bildirmək istəyirəm ki, mən Qəhrəman deyiləm, üzərimə düşəni etməyə çalışıram. Əsas qəhrəmanlar hazırda Azərbaycan həbsxanalarında haqq etmədiyi cəzanı çəkən 161 siyasi məhbusdur. Onları təmannasız müdafiə edən, mübariz insanlardır, sizlərsiniz.

Kiçik uğur da olsa mən bu uğuru həbsdə olan siyasi məhbuslara və onların ailələrinə hədiyyə edirəm!

Var olun, sağ olun!"

 

b_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_99996696969.jpgb_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_1111okt.jpgb_800_600_0_00_images_xeber_sekilleri_11noyabr2017_1111oktay66.jpg

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300