Ölümlə gündəmə gələn "Grand Hospital”da yoxlamalar başladı -Külli miqdarda vergidən yayınma

 

Son zamanlar bir neçə ölüm faktı ilə gündəmə gələn "Grand Hospital”da ciddi qanun pozuntuları aşkarlanıb.

 

"BakuPost” xəbər verir ki, dünəndən etibarən Vergilər Nazirliyinin bir qrup əməkdaşı geniş yoxlamalara başlayıb. İlkin məlumata görə, xeyli qanun pozuntusu aşkarlanıb, külli miqdarda vergidən yayınma hallarının olduğu qeydə alınıb. Yoxlamaların nə zaman bitəcəyi bilinmir.

 

Qeyd edək ki, ötən ilin sonunda klinikada bir-birinin ardınca iki ölüm faktı qeydə alınıb. Noyabr ayının 30-da 20 yaşlı Ayşən Mirzəyeva "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. O, dekabr ayının 5-də vəfat edib.

 

Bir qədər sonra isə 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov əməliyyat olunarkən dünyasını dəyişib.

 

Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300