Rusiya Müdafiə Nazirliyi yerli əməliyyat sisteminə keçir -ƏLVİDA, "WINDOWS"!

 

Rusiya Müdafiə Nazirliyinin xidməti kompüterləri Rusiyanın "RusBİTex” şirkətinin tərtibatı olan "Astra Linux Special Edition” əməliyyat sistemində işləyəcəklər.

 

İKT.lent.az-ın "İzvestiya” qəzetinə istinadən məlumatına görə, işçi stansiyalarının "Windows” əməliyyat sistemindən yerli əməliyyat sisteminə keçidi təhlükəsizlik məqsədilə həyata keçirilir.

 

"RusBİTex” şirkətinin direktor müavini Dmitri Donskoy qeyd edib ki, "Astra Linux Special Edition”un əsas özəlliyi məlumatların unikal müdafiə sistemidir. O bildirib ki, artıq əməliyyat sistemi üçün qrafik interfeys tərtib edilib, proqram təminatı Rusiya istehsalı olan müasir kompüterlərlə tam olaraq əlaqəlidir: "Bu əməliyyat sistemi yüksək texnoloji yerli "Elbrus” prosessorları ilə işləyir”.


Bildirilir ki, bu dəyişikliklərdən sonra Müdafiə Nazirliyinin kompüterlərində yerli proqram təminatının yüklənməsi planlaşdırılıb. Həmçinin xidməti smartfonlar və planşetlərə də yerli Rusiya istehsalı olan proqram təminatı yüklənəcək.


Xatırladaq ki, "Astra Linux” əməliyyat sistemi uzun illərdir Rusiyanın Müdafiə Nazirliyi tərəfindən istifadə edilir. "Astra Linux”da Müdafiənin İdarə edilməsi Rusiya Milli Mərkəzi məlumat sistemi yerləşir. Adıçəkilən sistem hazırda istifadə edilən silahlanma və hərbi texnikada da istifadə edilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300