MKİ direktoru: "Moskva ABŞ seçkilərinə ilk dəfə müdaxilə etmir”

 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Maykl Pompeo növbəti dəfə Rusiya ilə bağlı maraqlı açıqlamalar verib.

O, bazar günü CBS kanalına verdiyi müsahibədə yenə də Moskvaya qarşı ittiham dolu cümlələr işlədib.

Pompeo Moskvanın ABŞ-dakı seçki proseslərinə müdaxiləsinin uzunmüddətli tarixə malik olduğunu və yalnız 2016-cı ildəki qalmaqallarla məhdudlaşmadığını dilə gətirib.

O, Rusiyanın seçki sahəsindəki kəşfiyyat fəaliyyətinin bu gün də davam etdiyinə əmin olduğunu bildirib.

CBS kanalında "Face to Nation” (Millətlə üz-üzə) proqramında jurnalist Con Dikersonun "Moskva bu gün də ABŞ-dakı seçkiləri zədələməyə cəhd edirmi” sualına Pompeonun cavabı qısa, lakin qəti olub: "Əlbəttə, bu, on illərdir davam edir”.

MKİ rəhbəri hazırda yalnız Kremlin deyil, Birləşmiş Ştatların digər rəqiblərinn də fəaliyyətinin əndişə doğurduğunu bildirib. "Mən təkcə ruslara görə narahat deyiləm. Qarşımızda Qərb demokratiyasını məhv etməyə çalışan çox düşmən var”, - Pompeo bəyan edib.

Pompeo indiki situasiyada məhz onu rəhbərlik etdiyi qurumun ölkənin milli təhlükəsizliyi və demokratiyanın müdafiəsi uğrunda ən vacib rol oynadığını vurğulayıb. "Biz var gücümüzlə bunun üzərində çalışırıq. İstər ruslar, istərsə də başqası olsun, bizə toxunan hər kəsə layiqli cavabını verəcəyik”.

Qeyd olunur ki, bu Pompeonun Rusiyaya qarşı açıq şəkildə ittihamlarını səsləndirdiyi ilk veriliş deyil. ABŞ xarici kəşfiyyatının rəhbəri keçən ilin yayında, daha dəqiqi, iyulun 21-də ABŞ-ın kəşfiyyat və milli təhlükəsizlik sahəsində çalışan rəsmi şəxslərin və ekspertlərin Kolorado ştatının Aspen şəhərində hər il keçirilən "Aspen Təhlükəsizlik Forumu”nda da "Rusiyanın Ameriaknın həyatını müxtiləif üsullarla çətinləşdirmək istədiyini” söyləmişdi:

"Mənim fikrim olduqca bəsitdir: rus təhdidi olduqca realdır. ABŞ hökuməti, Mərkəzi Kəşfiyyat İdarəsi də daxil olmaqla onun qarşısında dayanmalı və qalib gəlməlidir. Və biz bunu edəcəyik”.

Bundan başqa, Pompeo Rusiyanın Amerikaya hər yöndə sataşmaq istədiyini bildirib: "Biz rusların böyük nüvə silahlarına malik olduğu və Suriyada möhkəmləndiyi dünyada yaşayırıq. Onlar yenidən Krımı ələ keçriblər. İndi də ABŞ-a sataşırlar. Kremlin işi-gücü ancaq həyatımızı çətinləşdirməklə bağlı fəaliyyətdən ibarətdir”.

2017-ci ilin yanvarında isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı milli kəşfiyyatın məruzəsində (ODNİ) hətta Rusiya rəhbərliyinin haker hücumları vasitəsi ilə Demokrat parityasından olan namizədi (Hillari Klinton) gözdən salmaq və Donald Trampın qalibiyyəti üçün şərtlər yaratmağa cəhdlər etdiyi açıq şəkildə yazılmışdı.

Məruzədə Moskvanın WikiLeaks təşkilatından eksklüziv materialların dərci üçün çox gözəl istifadə etdiyi qeyd olunub.

ABŞ xüsusi xidmət orqanları indi də Demokrat parityasının milli komitəsinin serverlərinə edilən haker hücumlarının arxasında Rusiyanın dayanmasından əminliklə bəhs edirlər. Təhqiqatçıların rəyinə görə, komitədən oğurlanan sənədlərin yayılması Donald Trampın qələbəsində həlledici rol oynayıb.///musavat.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300