Tərcümə Mərkəzi orfoqrafiya sözlüyünə yeni sözlər daxil edib-SİYAHI

 

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra mübahisəli söz yeni variantda təqdim olunub.

"Report” xəbər verir ki, sözlük Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan dilinə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə, həmçinin mövcud orfoqrafiya qaydalarına uyğun şəkildə tərtib edilib.

Əvvəlki orfoqrafiya lüğətlərində yer alan yüzlərlə lüzumsuz səs və onlara dair törəmələrdən yalnız məna kəsb edənləri saxlanılıb.

Sözlüyə əvvəlki orfoqrafiya lüğətlərində yer almamışbuzlaşma, çəkələk, çitə, çivzə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, ənsə, əntiqçi, fokusçu, gödəkçə, güvən, həmmüəllif, hürgüc, hürkmək, ilginc, qamçı, qaraçuxa, qarahüruh, qavram, maya, məhrək, nəmər, ora, orada, ödəyici, önəm, sağın, salat, südçörəyi, uca, yayımlama və s. bu kimi mindən çox Azərbaycan sözü, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, avroviziya, batut, deltaplan, ekzitpol, etno-caz, filmoqrafiya, fotosessiya, gid, xoreoqraf, moratori, multikultural, multikulturalizm, piar, pilates, pin-kod, prelüdiya, publik, publika, seysmoaktiv, seysmoloqvə s. terminlər daxil edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300