Zərifə Əliyeva adına park Hacıbala Abutalıbovun icazəsi ilə yox edildi - (FOTOLAR)

 

Səbail rayonunun Badamdar qəsəbəsindəki Zərifə Əliyeva adına park artıq yoxdur. Parkda uzun illərdir ki, abadlıq işlərinin aparılacağı deyilirdi. Lakin illər keçsə də, bu vədə əməl edilmədi. Əksinə, park tikinti şirkətinə verildi. Ərazidə indi böyük yaşayış lompleksi inşa edilir.

Musavat.com olaraq parkın taleyi və sakinlərin narazılığı ilə bağlı hələ 2015-ci ilin avqust ayında yazmışdıq.

Həmin ərəfədə park iki hissəyə bölünmüşdü. Bir hissəsində "Azərsu” ASC tərəfindən iş aparılır, digər hissəsində isə tikinti şirkəti qazıntı işi görürdü.

Narazı sakinlər bildirirdilər ki, onların istirahəti üçün nəzərdə tutulan parkın bu vəziyyətə salınması özbaşınalıqdır. Bir neçə il əvvəl təmirsiz parkın böyük hissəsi tikinti şirkətlərindən birinə satılıb. Burada yaşayış binasının tikintisi nəzərdə tutulmuşdu.

Lakin bir qrup sakinin narazılığından sonra tikinti prosesi dayandırılmışdı. Park isə, tamamilə yarasız vəziyyətə salınmışdı.

Tikintinin dayanandan sonra sakinlər ümid edirdilər ki, park yenidən təmir olunacaq və onların istifadəsinə veriləcək. Lakin onların bu ümidləri özünü doğrultmadı.

Badamdar Bələdiyyəsindən musavat.com-a sakinləri ümidləndirəcək bir açıqlama verilmişdi. Bələdiyyədən bildirilmişdi ki, Zərifə Əliyeva adına Parkın yenidən təmir edilərək, vətəndaşların istifadəsinə veriləcək. Ancaq belə olmadı.

Artıq parkın giriş hissəsində "Azərsu” ASC tərəfindən Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin tikintisi həyata keçirilib.Qalan hissəsində isə nəhəng yaşayış kompleksi tikilir.

Tikintini sifariş verən şirkət"Şərq-F" MMC-dir.Buna razılığı isə,Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovverib.Bu barədə tikinti ilə bağlı hazırlanan məlumat lövhəsində yazılır...

İ.Muradov, musavat.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300