Hakim kobud oyuna görə Lukaşenkonu meydandan kənarlaşdırdı

 

Belarus prezidenti Aleksandr Lukaşenko XIV Beynəlxalq Milad Hokkey Həvəskarları Turnirinin qrup mərhələsində BƏƏ-yə qarşı keçirilən matçda kobud oyuna görə cərimə skamyasına göndərilib.

Oxu.az xəbər verir ki, Belarus-BƏƏ qarşılaşması ötən gün "Çijovka-Arena”nın böyük buz meydanında baş tutub.

Oyunun ikinci hissəsində şayba buza atılan zaman Belarus lideri qonaq komandanın hokkeyçisinin üzərinə yıxılıb. Lukaşenko rəqib oyunçunu əlləri ilə saxladığına görə oyunun hakimi bunu qayda pozuntusu qeydə alıb.

Bu qərar Lukaşenkonu təəccübləndirib və o, qayda pozuntusunun olub-olmadığını hakimlə dəqiqləşdirməyə çalışıb. Hakim isə əli ilə Lukaşenkoya cərimə meydançasını göstərib. Qərarı təbəssümlə qarşılayan Lukaşenkonun iki dəqiqəlik "cəzanı” çəkmək üçün skamyaya yollanmaqdan başqa əlacı qalmayıb. Ancaq prezident cəzasını tam çəkməyib, belə ki, meydanda azlıqda qalan belaruslar qapılarında şayba görüb və Lukaşenko yenidən buzun üzərinə çıxıb.

Belarus yığması BƏƏ-yə qarşı matçda çətinlik çəkməyib. Hesab 12:7 meydan sahiblərinin xeyrinə başa çatıb. Hələ ikinci hissənin əvvəlində hesab 6:0 olub. Şaybalardan üçünü rəqib komandanın qapısından məhz Belarus prezidenti Aleksandr Lukaşenko keçirib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300