"Gürcüstan buna gedərsə...”      

 

Gürcüstan baş nazirinin ölkə ərazisi vasitəsilə Ermənistanın Rusiyaya çıxışına şərait yaradılacağı barədə açıqlaması Azərbaycanda narazılıqla qarşılanıb. Hətta parlamentin sonuncu iclasında deputatlar da bu məsələ ilə bağlı etirazlarını bildiriblər.

Politoloq Qabil Hüseynli isə "Yeni Müsavat”a danışarkən vurğuladı ki, Gürcüstan buna gedərsə, bu həmin dövlətin həm öz ölkəsinin Rusiya tərəfindən istilasına, parçalanmasına bəraət qazandırması demək olacaq: "Həmçinin Abxaziyanın və Cənubi Asetiyanın itirilməsi ilə bağlı mövcud vəziyyətlə barışmasını nümayiş etdirəcək. Bundan əlavə, Azərbaycan və Türkiyə kimi strateji müttəfiqləri ilə münasibətlərində soyuq küləklərin əsməsinə gətirib çıxaracaq. Gürcüstan yaxşı bilir ki, Abxaziyadan keçən və həm də cüzi bir hissəsi Gürcüstan ərazisindən keçən dəmiryolunun açılması Ermənistana nəfəslik ola bilər. Həmçinin Rusiyanın Ermənistanda olan hərbi bazaları blokadadan xilas ola bilər. Mən gürcü cəmiyyətini, onların siyasi elitasını başa düşə bilmirəm. Belə çıxır ki, onlar torpaq itkisi ilə, öz ölkələrinin istilası ilə barışmaq niyyətindədirlər. Bunu başqa bir məntiqlə yozmaq mümkün deyil. Uzun müddətdir ki, Rusiya Gürcüstanla danışıqlar aparır, Abxaziya yolunun açılması istiqamətində yağlı vədlər verir. Bu Rusiyaya həm özünün strateji müttəfiqi olan Ermənistanı blokadadan çıxartmaq , həm də orada olan hərbi bazaları, silahları əlverişli qiymətə çatdırmaq baxımından əlverişlidir”.

Картинки по запросу qabil hüseynli

 

Politoloqun sözlərinə görə, Gürcüstan tərəfi bir çox məsələlərdə Azərbaycandan yardım alıb və ölkəmizin rəhbərlik etdiyi beynəlxalq layihələrə qatılıb: "Məsələn Bakı-Tiflis-Ceyhan neft kəməri çəkilərkən kəmərin Gürcüstan ərazisindən keçən hissəsinin çəkilişini Azərbaycan öz üzərinə götürdü ki, bu da 1 milyard dollar pul demək idi. Bakı-Tiflis-Qars dəmiryolu işə düşərkən də, Azərbaycan dəmiryolunun Gürcüstan ərazisindən keçən hissəsinin çəkilişi üçün bu ölkəyə simvolik olaraq 1 faizlə 274 milyon dollar məbləğində kredit ayırdı. Faktiki olaraq, Gürcüstan ərazisindən keçən və bu ölkənin büdcəsində gələn gəlirlərin 40 faizindən çoxunu təmin edən iqtisadi layihələr Azərbaycan tərəfindən reallaşdırılıb. Mixail Saakaşvilinin hakimiyyəti dövründə Azərbaycana birmənalı qaydada söz verilmişdi ki, Ermənistanın blokadadan çıxarılmasına yardım edəcək heç bir addım atmayacaq. Xüsusilə də, Abxaziyadan keçən Rusiya –İrəvan dəmiryol xəttinin açılmasına icazə verməyəcək. İndi Sərkisyan Tiflisə səfər etdi və Azərbaycanı əmin etdilər ki, orada dəmiryolunun açılmasından söhbət getməyib. Sadəcə qış aylarında Gürcüstan hərbi yolu ilə yüklərin daşınmasında çətinliklər yaranarsa, Cənubi Osetiyadan keçməklə Rusiyadan yüklərin daşınmasına icazə verilib. Bundan artığına gedilməyib. Gürcüstan hakimiyyətinin bütün qolları üzərində nəzarəti ələ almış "boz kardinalı” Bdzina İvanişvili faktiki olaraq Rusiyanın adamıdır. 5 milyard dollardan çox sərvəti də Rusiya banklarında saxlanılır. Belə görünür ki, İvanişvili həm Gürcüstanın , həm də Azərbaycanın maraqlarını Rusiyaya satmaqda davam edir. Bundan əvvəl də Rusiyaya təyyarə uçuşlarını bərpa etmişdi, Gürcüstanın şərab məhsullarının Rusiyaya ixracını bərpa etmişdi. Bir sözlə, Gürcüstanla Rusiya arasında Saakaşvili dövründə kəsilmiş əlaqələri yenidən bərpa etməyə başlamışdı. Əgər Abxaziyadan keçən dəmiryolu xətti işə düşəcəksə, bu həm Gürcüstanın öz strateji müttəfiqinə xəyanəti kimi dəyərləndiriləcək, həm də özünün milli və strateji maraqları üçün təhlükə yaradan işğalçının vəziyyətini asanlaşdıran hakimiyyətin siyasətini gürcü xalqı bəyənməyəcək və ona qarşı çıxacaq”.

Nərgiz,
Musavat.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300