"Qarabağ”ın bütün rəqibləri bəlli oldu

 

"Qarabağ” Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, ağdamlıların bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər artıq məlum olub.

 

Azərbaycan çempionu ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban” klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası yanvarın 20-si Polşanın "Lexiya” klubu ilə görüşəcək.

 

Yanvarın 25-də isə iki oyun olacaq. Həmin gün öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları komandamıza rəqib olacaq.

 

"Qarabağ”ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası rəqib olacaq.

 

 
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300