Muqabeyə 10 milyon rüşvət, 20 köməkçi, 6 mühafizəçi və... -İLGİNC

Hərbi çevriliş nəticəsində prezidentlikdən devrilən Zimbabvenin sabiq prezidenti Robert Muqabe ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, hərbi çevriliş zamanı Robert Muqabeyə prezidentlikdən öz razılığı ilə ayrılarsa, bu zaman ona sərvət veriləcəyi, ətrafında çalışan insanların əmək haqları və xidməti avtomobillərinin yanacağının dövlət büdcəsindən ödəniləcəyi təklif edilib.

Zimbabve hökumətinin nəzarətində olan "Herald” qəzetinin xəbərinə görə, 93 yaşlı sabiq prezidentin 6 mühafizəçisi və 20 köməkçisi olacaq. Bu şəxslərin də əmək haqları dövlət tərəfindən ödəniləcək. Bundan başqa, Muqabenin 52 yaşlı xanımı Qracenin ölkə daxili və xaricinə pulsuz uçuş haqqı tanınacaq.

Robert Muqabeyə dövlət tərəfindən 3 xidməti avtomobil ayrılacaq və onların yanacağı da dövlət tərəfindən qarşılanacaq.

Zimbabve mediası iddia edib ki, Muqabeyə prezidentlikdən könüllü imtinası üçün 10 milyon dollar ödənilib. Lakin hökumət bu iddiaların əsassız olduğunu bəyan edib.

Hazırda keçmiş prezidentə paytaxt Harare yaxınlığında rəsmi ev veriləcək. Muqabe və xanımı tibbi xidmətdən də fasiləsiz və pulsuz istifadə edə biləcək.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300