Saxtakarlıq təhsildən də yan keçmir…

Etibarlı mənbələrdən Bakunews.az-a verilən məlumata görə, artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkənin təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Halbuki, bu istiqamətdə görülən tədbirlər artıq çoxdan Azərbaycanın təhsil sistemini ən qabaqcıl dünya standartlarına cavab verəcək səviyyəyə çıxarmalı idi. Xüsusi olaraq qeyd olunmalıdır ki, keçmiş Təhsil naziri cənab Mikayıl Cabbarovun da bu sahədə mühitin sağlamlaşdırılmasına yönəldilmiş səyləri təqdirə layiqdir. Lakin müəyyən subyektiv səbəblər bu mütərəqqi prosesləri hələ də ləngitməkdə davam edir.

Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Lakin təəssüflər olsun ki, bu gün bir çox orta məktəblərdə "fond pulu”, "təmir pulu”, "məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Redaksiyamlza daxil olan məlumatlara görə bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biri də Neftçala rayonunda fəaliyyət göstərən Tofiq İsmayılov adına Mirqurbanlı kənd tam оrta məktəbidir.

Məktəbin rəhbərliyi adi, necə deyərlər ənənəvi pul yığımlarından başqa qazanc vasitələri də əldə edir. Belə ki, məlumatı təqdim edən mənbənin sözlərinə görə, məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq (bəzən 2-3 aydanbir olur)yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün bu məbləğ artaraq 8-10 manat təyin edilir.Direktor Həsənov İlham Baba oğlu tərəfindən məktəbin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur.

Bundan əlavə direktor Həsənov İlham Baba oğlu dərs saatlarının təyinatı və hər ay müəllimlərin aylıq maaşlarından 10-20 manat pul yığaraq müəllimlərə bildirir ki, sizdən aldığım pulları Neftçala rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimova verirəm.Təəssüflə qeyd etmək lazımdır ki, məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur. Bu mühit isə ilk növbədə övladlarının rifahını, onların şagird nüfuzunu səhv prizmadan qiymətləndirən valideynlərin passiv razılığı ilə formalaşdırılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq …

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300