"Nərgiz” mükafatı Mehman Hüseynova verildi – Video

 

Bu gün Müsavat Partiyasının qərargahında Nərgiz Yaqublunın xatirəsinin əbədiləşdirilməsi məqsədilə təsis olunmuş "Nərgiz” mükafatının təqdimat mərasimi keçirilib.

Mükafat komissiyasında öncədən keçirilən gizli səsvermənin nəticəsinə əsasən bu il "Nərgiz” mükafatına həbsdə olan bloger Mehman Hüseynov layiq görülüb.

Mükafatın əsasnaməsinə uyğun olaraq, Müsavat başqanı Arif Hacılı mükafatı Mehman Hüseynovun valideynləri Rafiq bəy və Firəngiz xanım Hüseynovlara təqdim edib. Rafiq Hüseynov Mehman Hüseynovun əqidə yoldaşları ilə qürur duyduğunu vurğulayıb və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

"Düzgünlük nə vaxtsa hökmən cücərəcək”, – Rafiq Hüseynov deyib.

Alya Ağayevanın aparıcılı ilə keçirilən mərasimdə daha sonra bloger Eltac Turan Türkün Mehman Hüseynov haqqında hazırladığı video-çarx nümayiş etdirilib.

Tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Nida Vətəndaş Hərəkatının təmsilçisi Samir Əsədli, D18 təşkilatının sədr müavini və mükafat komissiyasının üzvü Samirə Ağayeva və vicdan məhbusu Qiyas İbrahimin anası Şura Əmiraslanova çıxış ediblər.

Çıxışlarda mərhum müsavatçı Nərgiz Yaqublunun keçdiyi şərəfli mübarizə yolu yad edilib, hakimiyyət repressiyalarına rəğmən mübarizə aparan gənclərin fədakarlığı qiymətləndirilib. Mehman Hüseynovun hakimiyyətin korrupsiya fəaliyyətini ifşa edən materialları xatırlanıb, onun bu mükafatı haqq etdiyi qeyd edilib.

Qeyd edək ki, "Nərgiz Mükafatı” 2015-ci ildə Nida Vətəndaş Hərəkətının təmsilçisi – vicdan məhbusu İlkin Rüstəmzadəyə, 2016-cı ildə isə "heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədova təqdim edilib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300