"Maço Putin əsl rəqibi ilə döyüşməkdən qorxdu” -Qərb mətbuatı

 

Rusiyada prezident seçkilərində demokratiyaya ilk zərbə elə başlanğıcdan vuruldu. Ella Pamfilovanın sədrlik etdiyi Mərkəzi Seçki Komissiyası Vladimir Putinin seçkisini boş formallığa çevrilməkdən qurtaracaq yeganə adamın, Aleksey Navalnının namizəd kimi iştirakına izn vermədi.

Navalnı isə bütün ölkəni seçkiləri boykota və dinc nümayişlərə çağırdı.

Gözlənildiyi kimi, qərar demokratik ölkələrdə sərt təniqdlərə və qınamalara məruz qaldı.

"Bu qərar korrupsiyaya qarşı mübariz kimi tanınan Navalnının seçkilərə buraxılmasını istəyən Kreml tənqidçiləri üçün əsl sınağa çevriləcək”, -"Financial Times”-dan Ketrin Hill yazır.

Müəllif müstəqil ekspertlərin və hüquqşünasların bu məsələnin sırf siyasi xarakter daşıdığı barədə ümumi fikirdə olduqlarını yazıb.

Məqalədə rusiyalılarln seçkilərin ölkədə heç bir şeyi dəyişdirmədiyi fikrinə qapılması səbəbindən Putinin olduqca asan şəkildə qalib gələcəyi qeyd olunub. Bunu Kremlə müxalif mərkəzlərin keçirdiyi sorğular da göstərir.

Ketrin Hill Navalnının bütün səylərinə rəğmən, Rusiya vətəndaşlarının 2012-ci lin əvvəlində olduğu kimi, möhkəm və sabit müxalif hərəkata hazır olmasına da şübhə ilə yanaşdığını bildirib.

Картинки по запросу путин навальный

 

Fransanın "Le Monde” qəzetinin yazarı Benua Vitkin qərarın heç kmi təəccübləndirmədiyini yazıb. O, bununla Navalnının 2018-ci il seçkilərində iştirakı ilə bağlı saxta gözləntilərinə də son qoyulduğunu yazır.

"Aleksey Navalnı, demək olar ki, federal səviyyədə mətbuata çıxmaq hüququndan məhrumdur. Lakin o, mediadan tutmuş, məhkəmə zallarına qədər hər bir hasarlanmış məkanı tribunaya çevirməyi gözəl bacarır”,-Benua Vitkin qeyd edir.

Картинки по запросу навальный Памфилова

 

Müəllif müxalif siyasətçinin MSK-nin iclasının videotranslyasiya ilə yayılmasını hakimiyyətin özbaşınalığı ilə döyüşmək üçün fürsətə çevirdiyini yazıb:

"Ömrünüzdə heç olmasa bir dəfə, qəhrəmanlıq da lazım deyil, normal hərəkət edin. Heç kim sizin başınızın üstündə, gicgahınıza tapança dirəyib durmayıb. Sadəcə qanuna əsaslanaraq, seçki komissiyası olaraq öz funksiyanızı yerinə yetirin”, - məqalədə Navalnın MSK-dakı iclasdakı çıxışından sitat gətirlib.
Benua Vitkin bundan sonra Vladimir Putinin qələbəsinin ümumiyyətlə heç kimdə şübhə doğurmadığını bildirib.

Картинки по запросу навальный Памфилова

 

"Vladimir Putin özünü nə qədər televiziya ekranlarında "maço” kimi göstərirsə, göstərsin. Lakin əgər sən öz real opponentinlə rəqabət aparmaqdan qorxursansa, sənin maçoluğun bir qəpiyə də dəyməz”,- yazıda Navalnının tərəfdarlarından İlya Yaşinin fikirlərinə yer verilib.

ABŞ-ın "The New York Times” qəzeti Navalnının seçkiyə buraxılmayacağını bildiyi üçün əvvəlcədən hazırladığı müraciəti MSK-nın iclasından dərhal sonra yayımladığını qeyd edir.

Rusiyalı politloq Sergey Medevedevin qəzetə bildridiyinə görə, MSK-nın qərarı Rusiyanın siyasi sisteminin legitimliyini daha da heçə endirir."Seçki Putinin bu günlərdə onlarla nökərinin iştirakı ilə "Gecə xokkeyi liqası”ında rəqibinin qapısına yalandan 10 şayba keçirdiyi oyuna bənzəyir”, - politoloq bildirib.

"Rusiya prezidenti yarışda özünün ən təhlükəli rəqibini sıradan çıxardı”, - Almaniyanın "Bild” qəzetindən Filip Pyatov yazır.

Картинки по запросу Navalny Putin

 

Müəllfin firkincə, Navalnı özünü elə-belə sıradan çıxmasına icazə verəcək siyasətçi deyil. O, müxalif siyasətçinin tərəfdar kütlələrini hərəkətə gətirmək gücündə olduğunu düşünür.

"Putinin başqa opponentlərindən fərqli olaraq Navalnı hətta özünə qarşı hücumlardan və həbslərdən faydalanmağı gözəl bacarır. Bu da onu Kreml üçün əsl təhdidə çevirir”, - məqalədə yazılıb.

Müəllif Navalnın kənarda qalmasının belə seçkilərdə əhalinin 70%-nin iştirakını təmin etmək istəyən Kreml üçün problem törədəciyini bildirir.
"Navalnı Kremlin nəzarəti altında keçirilən bu seçkilərin legitmiliyini şübhə altına almaq üçün bütün gücündən istifadə edəcək”, - Filip Pyatov yekunda qeyd edib.///musavat.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300