Bu gün ilin sonuncu “El-Klasiko”su keçiriləcək » Ulu Yol Xəbər portalı

                                Bu gün ilin sonuncu "El-Klasiko”su keçiriləcək

 

Bu gün İspaniya La Liqasında ilin sonuncu "El-Klasiko”su keçiriləcək. "Report” xəbər verir ki, XVII tur çərçivəsində "Real Madrid” "Barselona”nı qəbul edəcək.

Əzəli rəqiblərin cari çempionatda "Santyaqo Bernabeu” stadionunda baş tutacaq ilk dueli Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan "Real Madrid” cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 11 xal geri qalır. Lakin "kral klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi "Atletiko”nu 6 xal qabaqlayır.

Növbəti matç bu kollektivlərin La Liqada 175-ci dueli olacaq. Əvvəlki görüşlərdən 72-də madridlilər, 69-da isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə "Real Madrid”lə "Barselona” 270-ci dəfə qarşılaşacaqlar. Bunlardan 99-da paytaxt klubu, 11-də isə "göy-narıncılar” qələbə qazanıblar.

XVII tur

23 dekabr

16:00. "Real Madrid” – "Barselona”

Baş hakim: Xose Mariya Sançes Martines

"Santyaqo Bernabeu” stadionu

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300