İsmayıllı sakini yeni mühərrik ixtira etdi- VİDEO

İsmayıllı sakini istifadəsiz materillardan yeni mühərrik ixtira edib. Mühərrik suyun təzyiqi vasitəsi ilə daha çox güc qazanır. Usta deyir ki, qurğu təkmilləşərsə gəmini hərəkətə gətirə, hətta təyyarəni də havaya qaldıra bilər.

 

İsmayıllı rayonun Diyallı kənd sakini Natiq Ömərov yeni mühərrik ixtira edib.

 

Bu mühərrik suyun təzyiqi vasitəsi ilə daha çox güc əldə edir.Usta deyir ki, qurgunun düzəldilməsi üçün istifadə olunan detalları istifadəsiz materiallardan hazırlayır.Ona görə də mühərrikin ərsəyə gəlməsinə çox vaxt sərf olunur.

 

Natiq Ömərov mühərrikin kiçik olmasına baxmayaraq böyük gücə malik olduğunu deyir. Mühərrik təkmilləşərsə yüksək güc əldə etməklə hətta təyyarəni belə havaya qaldıra bilər.

 

Usta düzəltdiyi mühərriki standarta uygun formaya salmaq istəyir.Qurgunun sənaye üsulu ilə hazırlanması üçün aidiyyatı müəssisələrə müraciət etmək niyyətindədir.

 

N.Ömərovun sözlərinə görə, mühərrikin əsas üstünlüyü qənaət rejimində çalışmasıdır. Mühərrik üçün lazım olan detallar tez bir zamanda tapılarsa onun hazırlanması 15 günə də başa çatdırıla bilər. Bu mühərrik vasitəsilə hətta Elektrik Stansiyasının yaradılması da mümkündür.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300