Neftçala:Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam оrtа məktəbdə özbaşınalıq

 

Ölkəmizin rayonlarından biri olan Neftçala təhsil sisteminin mövcud durumu qənaətbəxş deyil.Neftçala rayonunun Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələrində üzə çıxan bir sıra neqativ hallar, direktorların və müəllimlərin işlərinə istənilən səviyyədə məsuliyyət göstərməməsi bəzi problemlərin yaranmasına səbəb olub. Mövcud problemlər Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam оrtа məktəbdən də yan keçməyib. Mötəbər qaynaqlardan aldığımız məlumatlara görə, Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam оrtа məktəbdə təhsilin keyfiyyəti çox aşağıdır.


Nia24.info xəbər verir ki, buna səbəb kimi direktor Süleymanov Cəmaləddin Əlihüseyn oğlunun qanuna sığmayan əməllərini göstərən mənbə deyir ki, 60-dan çox müəllimi və 500-ə yaxın şagirdi olan təhsil ocağında təhsil sektoruna tamamilə yad olan meyllər əsas götürülür: Süleymanov Cəmaləddin Əlihüseyn oğlu vəzifəsinin öhdəsindən lazımi səviyyədə gəlməyi bacarmır. Dərs ili başlayan kimi sinif rəhbərləri uşaqlardan təmir pulu,fond pulu ,və.s ad altında pul yığmağa başlayırlar. Valideynlər pulun nəyə lazım olduğunu deyəndə sinif rəhbərləri "Tapşırıq direktor tərəfindən verildiyini, şikayətiniz varsa gedin ona deyin” cavabını verirlər. Direktor məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində kəsərli tədbirlər həyata keçirmir.Süleymanov Cəmaləddin Əlihüseyn oğlu daha çox başqa məsələlərə vaxt ayırır.Hər bayramda şagirdlərdən pul yığılır. Şagirdlərdə deyilən pulu verirlər. Onların başqa çıxış yolu yoxdur. Çünki məktəb rəhbəri bu tip bayram tədbirlərində fəallıq göstərməyən şagirdləri özünə məxsus qaydada cəzalandırır. Kim Süleymanov Cəmaləddin Əlihüseyn oğlunun "tələb”lərinə uyğun hərəkət etmirsə, direktor həmin şagirdə dərs deyən müəllimlərə ona qiymət yazmamağı tapşırır. Beləcə, şagirdlər arasında ayrıseçkilik salınır”. Mənbəmiz vurğulayır ki, direktor həmçinin müəllimlər arasında da ayrıseçkilik edir: "Belə ki,məktəb rəhbəri ilə yaxın münasibətdə olan müəllimlər dərs saatı baxımından heç bir problem yaşamırlar. Direktor onlara istənilən qədər dərs saatı yazıb bu məsələdə müəyyən maraqlarını təmin edir. Amma bəzi müəllimlərə qarşı əməlli-başlı haqsızlıq edilir. Uzun illərdir bu sahədə can qoyan, şagirdlərin bilikli yetişməsi üçün əlindən gələni əsirgəməyən təcrübəli müəllimlərə isə az dərs saatı verilir.


Qarşı tərəfi də dinləməyə hazırıq…

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300