Azərbaycanda ürək xəstəlikləri sürətlə artır və cavanlaşır (VİDEO)

Azərbaycanda ürək xəstəlikləri sürətlə artır və cavanlaşır.

 

Uluyol.az Xezerxeber.az-a istinadən məlumatına görə, bu açıqlama ilə Milli Məclisin səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva çıxış edib. Millət vəkili bildirib ki, ürək xəstəliklərinin artmasının bir sıra səbəbləri var.

Kamilə Əliyeva deyir ki, ürək xəstəliklərinin artması ilə paralel Azərbaycan səhiyyəsi də inkişaf edir. Ancaq səhiyyənin inkişaf etməsi o demək deyil ki, hamı bu xəstəlikdən sığortalanıb. Ürək xəstəliklərinə yoluxmamaq üçün insanların bəzi qaydalara riayət etməsi vacibdir.

 

Millət vəkili Azərbaycanda yeni, müasir səhiyyə müəssisələrinin yaradılması ilə təkcə ürək xəstəliklərinin deyil, bütün digər xəstəliklərin müalicəsinin daha da asanlaşacağına diqqət çəkir. Bu isə Azərbaycanın hər yerində icbari tibbi sığortanın tətbiqi ilə mümkün olacaq. Bunun nəticəsində insanlar daha ucuz qiymətə yüksək səhiyyə xidməti əldə edə biləcəklər.

 

İcbari tibbi sığortanın tətbiqindən sonra insanlar xəstəliklərə yoluxmadan tibbi yoxlanışlara da daha çox meyl göstərəcəklər. Bu isə bir sıra xəstəliklərin ilkin mərhələdə aşkar olunması və qarşısının vaxtında alınması deməkdir.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300