Bakının "reklam mafiyası":Sahibkarların qənimi Əli Əsgərov və dəstəsi hələ də azadlıqda

Son illər Azərbaycanda sahibkarların fəaliyyətinin stimullaşdırılmasına və qeyri neft sektorununn inkişafına yönəli layihələrin sayı artır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bütün müşavirə və toplantılarda məmurları sahibkarları incitməməyə, onların fəaliyyəti üçün geniş imkanlar yaratmağa, öz məmur səlahiyyətlərindən sui-istifadə etməməyə çağırır. Amma görünür dövlət başçısının çağırışı heç də bütün məmurların vecinə deyil. Belə hal ilə biznesi zorakılıq yolu ilə Bakı şəhər İcra hakimiyyətinin Reklam Departamentinin rəhbəriƏli Əsgərovtərəfindən alınmış "Mediaqraf” şirkətinin rəhbəriİsmayıl Səlimovrastlaşıb.

 

Əli Əsgərov Bakı şəhər İcra Hakimiyyəti Reklam Departamentində işə küçələrdə reklam plakatları asmaqla başlayır və amma necə deyərlər, şəhər meri ilə qohumluğundanmı, ya hansısa başqa səbəbdən tezliklə karyerasında sıçrayış baş verir. 2010-cu ildə Bakı şəhər icra hakimiyyətinin başçısıHacıbala Abutalıbovonu departamentə rəhbər təyin edir. İsmayıl Səlimovun təbirincə desək, pula olan ehtirası və özgə biznesini zorla əlinə keçirmə "bacarığı” qısa zamanda Əli Əsgərovu şəhərin varlı adamlarından birinə çevirir. Hətta onun içindən "Lexus" vurğunluğu hissi baş qaldırır. Bundan sonra ancaq "Lexus" avtomobili sürən Əli Əsgərov beləcə "Lexus Əli” ləqəbli "reklam baronun”a çevrilir.

 

"Əli Əsgərov nəinki özü "Lexus" sürür, hətta öz dost tanışları və reklam adlarına görə sahibkarlardan rüşvət yığan "qoçuları”nı belə "Lexus" almağa məcbur edirdı”, - deyən "Mediaqraf” şirkətinin rəhbəri İsmail Səlimov bildirir ki, bir dəfə belə "qoçu”lardan biri onun "Alman malları” mağazasına öz "Lexus"unda gələrək külli miqdarda pul istəyib. Sahibkarın razılaşmadığını görəndə isə mağazanın adının yazıldığı lövhəni darmadağın etməyə cəhd edib. Səlimovun həmin şəxsin səsini gizli yazması və prokurorluq orqanlarına verəcəyi ilə hədələməsi Əli Əsgərovun "qoçu”larını əl saxlamağa məcbur edib.

 

Amma Əli Əsgərov çox tez bir zamanda sahibkarlara xüsusi qəddarlıq elementləri tətbiq etməsi ilə məşhurlaşan keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudova yol tapır və İsmayıl Səlimovun dediyinə görə, artıq hüquq mühafizə orqanları və qanuna məhəl qoymadan Bakı küçələrində reklam bilbordlarının yerləşdirilməsi ilə məşğul olan sahibkarların əmlakını zorla mənimsəyir.

 

İsmayıl Səlimovun bizə təqdim etdiyi sənədə görə, Əli Əsgərovun reklam departamentinə rəhbərlik etdiyi zaman kəsiyində sahibkarın onlarla bilbordu demontaj edilmiş, onların yerləri əlindən alınmış və ona ciddi maddi-mənəvi ziyan vurulub."Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi 2016-cı il martın 15-də ərizəm əsasında mənə vurulan zərərin miqdarını müəyyənləşdirib. Belə ki, Əli Əsgərovun qeyri-qanuni əməlləri nəticəsində mənə 352.000 manat ziyan vurulub. Bu isə indi 440.000 ABŞ dollarına bərabərdir”,- deyə Səlimov vurğulayır.

 

Amma Əli Əsgərovun ürəyi bundan sonra da soyumur. O, "Mediaqraf” və onun kimi bir neçə digər küçə reklamı ilə məşğul olan şirkətə məxsus bilbord yerlərini xanımıNazilə Rüstəmovanınadına açdığı "RMM Group" və "Art Media Service" şirkətlərinə verir.

 

Bu şirkətlərin Nazilə Rüstəmovaya məxsusluğu Vergilər Nazirliyinin sənədlərində, Nazilə Rüstəmovanın Əli Əsgərovun xanımı olması isə İsmayıl Səlimovun bizə təqdim etdiyi onların nigah haqqında şəhadətnaməsində öz əksini tapıb.

 

İsmayıl Səlimov deyir ki, Əli Əsgərovun Bakı şəhər İcra hakimiyyəti Reklam Departamentinə rəhbərlik etdiyi müddətdə "RMM Group" və "Art Media Service" şirkətlərinin müştərilərinə faktiki həmin qurumlarda çalışan işçilər deyil, Bakı şəhər İcra Hakimiyyəti Reklam Departamentinin əməkdaşları xidmət edib. Beləliklə, məmur vəzifəsindən sui-istitfadə edən Əli Əsgərov dövlətdən əmək haqqı alan işçiləri "reklam kralicasına cevirdiyi” oftamoloq xanımı Nazilə Rüstəmovaya məxsus özəl şirkət üçün işləməyə məcbur edib.

 

Sahibkarlardan mağazalarının reklam adlarına görə yığdığı qanunsuz pullar və sahibkarlardan oğurladığı biznesi xanımına verməsi də Əli Əsgərova azlıq edir. MTN rəhbərinin yaxın adamı kimi özünü təqdim edən və özünü toxunulmaz kimi göstərən "Lexus Əli”rəhbərlik etiyi reklam departamentinə məxsus 700 kvadrat metrlik tikilinin ərazisini oğlunun adına özəlləşdirir və sonra departament tərəfindən onu kirayə götürür.Faktiki dövlət büdcəsindən departamentə ayrılan pulları bu yolla özününküləşdirməyə və ya el dilində desək "yumağa”başlayır. "Hazırda da bu tikili onun oğluna məxsusdur və qəribədir ki, vergi və hüquq mühafizə orqanları hələ də bu məsələni araşdırmayıblar”, - deyə Səlimov vurğulayır.

 

Əli Əsgərov Bakı şəhəri ərazisində həyata keçirdiyi əməllərindən o qədər ruhlanır ki, Sumqayıt şəhərində də özünə havadarlar tapır. Sumqayıt şəhər İcra hakimiyyətinin reklam departamentinin sabiq rəhbəriŞaxmalı Cavadovvə hazırki müdiriEldar Həsənovunvasitəsilə artıq Sumqayıt şəhərində İsmayıl Səlimova məxsus bilbordları və bilbord yerlərini sahibkarın əlindən zorla aldırır. Bu işdə Əli Əsgərovun Sumqayıtdakı havadarlarına İsmayıl Səlimovun sözlərinə görə, Bakı şəhər reklam departamentinin şöbə müdiriZahid İsmayılovunSumqayıt şəhər vergilər departamentinin rəhbəri çalışan qardaşıAbbas İsmayılovkömək edir.

 

Bütün bu deyilənləri əlində olan sənədlərlə sübuta yetirən İsmayıl Səlimov bildirir ki, onun indi yeganə istəyi öz biznesini və ona vurulan ziyanı Əli Əsgərovdan geri almaqdır. Bu isə İsmayıl Səlimovun sözlərinə görə, Əli Əsgərov və onun havadarlarının cinayət məsuliyyətinə cəlb olunması və sahibkarın təbirincə desək, quldurluq yolu ilə mənimsənilmiş əmlakının müsadirə edilməsi vasitəsilə mümkün ola bilər. "Mənə məxsus olan vəsaitin başqa yolla qaytarılması yolunu görmürəm. Əli Əsgərovun fəaliyyətinə hüquqi qiymət verilməli, o, cinayət məsuliyyətinə cəlb olunmalı və onun müsadirə olunan əmlakı hesabına mənə vurulan yarım milyon dollara yaxın ziyan ödənilməlidir”, - deyə Səlimov vurğulayır.

 

Səlimovun sözlərinə görə, o bu məsələ ilə bağlı ölkənin I vitse-prezienti və Heydər Əliyev fondunun rəhbəri xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb.Müraciətdə deyilir:

 

"Əsası Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasi-iqtisadi kurs nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr arasında layiqli yer tutur və nüfuz qazanıb. Əli Əsgərov kimi adamların qanunsuz fəaliyyəti isə ölkəmizin imicinə mənfi təsir edir. Azərbaycanda biznes mühiti bu kimi məmurların özəl biznes strukturlarını quldurluq yolu ilə ələ keçirməsi hesabına inkişaf edə bilmir. Əli Əsgərovun quldur hərəkətləri nəinki dünya standartlarına uyğun deyil, həmçinin Sizin tərəfinizdən həyata keçirilən normalara ziddir. Vaxtı ilə mən əvvəllər "6-cı paralel”, indi isə Murtuza Muxtarov adına küçədə yerləşən uçmuş binanın sakinlərinin yaratdığı təşəbbüs qrupunun rəhbəri olmuşam. O zamanlar Sizə müraciət etməsəydik, Əli Əsgərov kimi məmurlar bizi də evsiz qoyacaqdılar və yalnız Sizin işə qarışmağınız bizə hüquqlarımızı bərpa etməyə imkan verdi. Odur ki, Sizə ikinci dəfə müraciət edərək, bu problemin həllində mənə yardımçı olmağınızı rica edirəm. Bu münaqişə nəticəsində nəinki mən tam qanuni və şəffaf şəkildə həyata keçirdiyim biznesimdən məhrum oldum, həmçinin şirkətimdə çalışan onlarla insan çörəksiz qaldı. Sizin köməyinizlə mənə qarşı edilən bu haqsızlığın qarşısının alınacağına, mənə məxsus biznesi qanunsuz şəkildə ələ keçirmiş Əli Əsgərov kimi feodal təfəkkürlü adamların cəzalanacağına inanıram”.

 

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə 2017-ci il avqustun 1-də Bakı şəhər İcra Hakimiyyətinin Reklam Departamentinin yerində Azərbaycan Dövlət Reklam Agentliyi yaradılıb və Əli Əsgərov bu xidmətin rəhbərliyindən uzaqlaşdırılıb. Amma buna baxmayaraq onun zamanında İsmayıl Səlimovun təbirincə desək, özbaşınalıqlara yol verən keçmiş departamentin şöbə müdiri Zahid İsmayilov agentlikdə yenə şöbə müdiri vəzifəsində çalışır, qardaşı Abbas İsmayılov hələ də Sumqayıtda Vergilər Departamentinin rəhbəridir. Sumqayıt İcra Hakimiyyətinin Reklam Departamentinin müdir müavini Eldar Həsənov isə adı çəkilən qurumda indi müdür kreslosunda əyləşib. İsmayıl Səlimov bu adamların da məsuliyyətə cəlb ediləcəyinə, Bakı və Sumqayıtın reklam bazarında azad, rəqabət əsaslı mühitin yaradılacağına, onun və onun kimi haqqı pozulmuş başqa sahibkarların hüquqlarının bərpa olunacağına inamla yaşadığını deyir.

 

"Mediaqraf” şirkətinin rəhbəri verdiyi hər bir məlumatla bağlı rəsmi sənədlərə əsaslanmış sübutlar gətirsə də məsələyə Bakı Şəhər İcra hakimkiyyətinin keçmiş depatament rəhbəri Əli Əsgərovun və xanımı Nazilə Rüstəmovanın münasibətini öyrənməyə çalışdıq. Əli Əsgərov artıq departamentdə çalışmadığından Vergilər Nazirliyinin rəsmi sənədlərində göztərildiyi kimi onun xanımına məxsus RMM Group şirkətinə zəng vurduq. Dəstəyi götürən və özünü şirkətin əməkdaşı kimi təqdim edən şəxs əvvəlcə Nazilə Rüstəmovanın işdə olmadığını, sonra şirkətin ona mənsub olub olmadığını bilmədiyini söylədi. Daha sonra sorgumuza cavab verən və özünü şirkətin icraçı direktoru kimi təqdim edən başqa bir şəxs şirkətin təsisçisinin əvvəllər kim olduğunu bilmədiyini, indi Nazilə Rüstəmovaya məxsus olmadığını dedi, bir az keçmiş isə ümumiyyətlə məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət etməyimizi tövsiyyə edərək bizi yenə də Nazilə Rüstəmova və Əli Əsgərovla əlaqələndirmədi. Adı çəkilən şəxslərin qoyulan faktlara münasibətini verməyə hazır olduğumuzu bildirərək bir daha qeyd etmək istəyirik ki, "Mediaqraf” şirkəti rəhbərinin təqdim etdiyi rəsmi sənədlərə alternativ olaraq Əli Əsgərov və yazıda adı çəkilən digər şəxslərin ictimaiyyətə çatdırmalı sübutları varsa, onlara bunun üçün şərait yaratmağa hər zaman hazırıq.

 

N.Təbrizli, Qaynarinfo.Az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300