Gülağa Aslanlı: "Bu, Yeni Müsavat” qəzetinin Müsavat Partiyasına növbəti böhtanıdır”

 

"Yeni Müsavat” qəzetində Müsavat Partiyası haqqında növbəti ittihamlar dərc edilib. Yazıda Müsavat Partiyası rəhbərliyinin "saxta bilet alveriylə” məşğul olduğu iddia edilib.

Müsavat Partiyasının Divan üzvü Alya Yaqublunun statusuna istinad edildiyi həmin məqaləni Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiyaya qarşıböhtan adlandırıb.

"Bu, Yeni Müsavat” qəzetinin Müsavat Partiyasına növbəti böhtanıdır. Heç bir əsası yoxdur. Həmin yazıda Nailə Yaqublunun adı hallandığı üçün mən bu gün Nailə xanımla telefonla danışdım, ondan yazdığı statusda "biletsatan” sözünün Müsavat Partiyasına aid olub-olmadığını soruşdum. O isə yazıda göstərilənləri artıq təkzib etdiyini, statusda yazmadığı fikirlərdən onun adından istifadə edən jurnalistləri qınadığını bildirdi. Buradan da təsdiq olunur ki, Nailə Yaqublunun bu statusundakı "biletsatan” ifadəsinin Müsavata aidiyyəti yoxdur”.

Gülağa Aslanlı xatırlatdı ki, son illərdə partiyaya qarşı bu kampaniyanı hakimiyyət başladıb: "Buna görə prokurorluqda da dindirilmişik. Hakimiyyət hər addımımızı izləyir, əgər bircə fakt mövcud olsaydı, bircə sənəddə yanlışımız olsaydı, bizi çoxran həbs edərdilər. Son 2-3 ildə "Yeni Müsavat” mövqeyini dəyişdikdən sonra burada saxta sənəd satmaq ittihamı ilə dəfələrlə yazılar dərc edilib. Bu ittihamı ən sərt şəkildə irəli sürən "Yeni Müsavatın” yazarı Elbəyi Həsənli idi. Mən onu məhkəməyə verdim ki, əgər irəli sürdüyü ittihamların hər hansı əsası varsa, məhkəməyə təqdim etsin. Lakin o, məhkəməyə heç nə təqdim etmədi. Məhkəmə onun böhtan atdığını təsdiqlədi, Elbəyi Həsənlinin bu məlumatları təkzib etməsi, məndən üzr istəməsi, simvolik təyin etdiyim 1 manat cəriməni ödəməsi və məhkəmə xərclərinin onun üzərinə qoyulması haqda qərar çıxartdı. Bu qərardan və bu ifşadan sonra həmin ittihamı təkrar-təkrar irəli sürmək Müsavat Partiyasına qarşı yumşaq desək, növbəti haqsızlıq və ədalətsizlikdir”.

Gülaga Aslanlı qeyd edib ki, əgər kimsə saxta sənəd satırsa, yaxud bilet alveriylə məşğuldursa, burada zərərçəkən tərəf məhz Müsavat Partiyasıdır.

"Belə adamlar varsa, biz onların ifşa olunmasında hamıdan daha çox maraqlıyıq. Bu ittihamla bağlı məni, İsa bəyi, Arif bəyi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə çağırmışdılar. Amma hakimiyyətin iradəsini əks etdirən bu qurum da, mənə Müsavat Partiyası tərəfindən verilən hər hansı saxta sənəd təqdim edə bilmədi. Təqdim edilən kağızlar isə kimlərsə tərəfindən Müsavat Partiyası adından yazılmış saxta sənədlər idi. Təəssüf ki, prokurorluq bu saxtakarlığı kimin etdiyini indiyə qədər ortaya çıxarmayıb”, – Gülağa Aslanlı bildirib.

Elbəyi Həsənlinin Müsavat Partiyasına qarşı ittihamları ilə əlaqədar məhkəmə qərarını təqdim edirik:

 

mehkeme qerari 2
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300