Azərbaycanda doğulan körpələrin çoxu YENƏ oğlandır - STATİSTİKA

 

Bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 120035 doğulan körpə qeydə alınıb.

Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Qeyd edək ki, yanvar-sentyabr aylarında ölkə üzrə bu göstərici 107 min 459 doğulan körpə olub.

10 ayın göstəricisinə əsasən, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Qeyd edək ki, 9 ayın statistik göstəricilərinə görə də doğulan körpələrin sayında oğlanların sayı üstünlük təşkil edib - 53,1% oğlan, 46,9% isə qız uşaqları.

Məlumata görə, 10 ayın statistik göstəricisinə görə, körpələrdən 2134-ü əkiz, 42-si üçəm doğulanlardır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300