İngiltərə parlamentində Əfqan Muxtarlı müzakirəsi

 

Peter Bottomli: "Əfqan Muxtarlıya qarşı ədalətli davranmamalarından narahatıq"

 

Dekabrın 1-də İngiltərə parlamenti azərbaycanlı jurnalist, hazırda məhkəmə qarşısına çıxarılan Əfqan Muxtarlı ilə bağlı müzakirə aparıb.

 

"İnsan hüquqları və Azərbaycan" adlı sessiyada Mühafizəkarlar Partiyasından olan deputat Peter Bottomli Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduğunu xatırladaraq, xarici işlər və əməkdaşlıq üzrə dövlət katibindən xahiş edib:

 

"29 may 2017-ci ildə Tbilisidə qaçırıldığı məlum olan, daha sonra zorla sərhəddən keçirilərən və 30 noyabr 2017-ci il tarixində Balakən Rayon Məhkəməsində mühakimə olunan müstəqil jurnalist Əfqan Muxtarlıya qarşı ədalətli davranılmamasından narahatlıq duyduğumuzu Azərbaycan hökumətinə və nümayəndələrinə bildirəsiniz. Siyasi mühacir Leyla Mustafayevanın həyat yoldaşı Əfqan Muxtarlı başlayacaq məhkəmə prosesi zamanı naməlum ittihamlarla sorğulanacaq".

 

Bundan əlavə, deputat xarici işlər və əməkdaşlıq üzrə dövlət katibindən xahiş edib ki, jurnalistikanın roluna hörmətlə yanaşılmasının vacibliyi barədə Azərbaycan hökumətinə tövsiyələr versin: "Bildirin ki, hökumət tərəfindən yol verilən səhvlərin aşkara çıxarılması qorxusu müxbirlərin təqib olunmasına səbəb olmamalıdır".

 

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist mayın 29-u Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

 

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham edir. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

 

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300