"Qarabağ”ın 90-ı və "Roma”dan sonra nə olacaq sualı...

 

İndi daha vacibi "Qarabağ”ın növbəti Avropa turnirləri həyəcanınadək optimal heyət formalaşdırmasıdır

Bu gün saat Bakı vaxtilə 23:45-də "Qarabağ” Çempionlar Liqasının son oyununda İtalyada "Roma” ilə qarşılaşacaq. Hələ püşkatmadan sonra yazmışdım ki, "Qarabağ” üçün ən uyğun rəqib "Roma” ola bilər, hətta onlardan iki oyunda 4 xal qopara da bilərdik. Öz meydanında qalib gəlmək, rəqib meydanında isə heç-heçə...

Sentyabrın 27-də "Qarabağ” ilk 15 dəqiqədə davam gətirə bilsəydi, cənubi afrikalı hücumçumuz isə son dəqiqədə qapını dəqiq nişan alsaydı, hesab 1:2 yox, heç-heçə olacaqdı. "Qarabağ” həmin oyunda Çempionlar Liqasındakı ilk qolunu vursa da, "Çelsi”yə məğlubiyyətinin şokunu adlada bilməməsi səbəbindən istədiyi nəticəni əldə edə bilmədi.

İndi isə qarşımızda fərqli situasiya var. "Çelsi” ilə son ev oyununda 0:4 hesabı ilə uduzan "Qarabağ” Avropa Liqasına olan ümidlərimizi itirib. Öz meydanında "Roma”nı 2:0 hesabı ilə üstələyən "Atletiko” artıq ilk "üçlük”də yerini təmin edib. "Çelsi” hazırda 11 xalla qrup lideridir, "Roma”nın 8, "Atletiko”nun 6 xalı var. Belə vəziyyətdə futbola baxmaq, nə gizlədim, şəxsən mənim üçün o qədər də maraqlı deyil.

Image result for Roma-nın baş məşqçisi

 

"Qarabağ” üçün təəssüf ki, bu illik böyük futbol həyəcanı bitmişdir. Ən pisi də odur ki, bizim üçün formal xarakterli matç "Roma” üçün önəmlidir. Çünki hələ birinci yerin belə taleyi bəlli deyil. "Roma” bu səbəbdən bu gecə dinc durmayacaq, qapımıza daha çox top vurmağa çalışacaq ki, "Çelsi” nin məğlubiyyəti halında birinci yeri top fərqi ilə qarantiya edə bilsin. Belə qəliz bir situasiyada "Qarabağ” nə edəcək, bu isə maraqlıdır. Çünki "Qarabağ”ın, loru dillə desək, itirəcəyi para var ki, inanmıram Qurban Qurbanovun komandası bu səbəbdən meydanda "qan-qan” desin. "Qarabağ” ÇL qrup mərhələsində bacardığından daha artığını etdi. Baxmayaraq ki, qapımıza bir turnir üçün bu gecəyədək çox top (13) vurdular, amma "Qarabağ” birinci oyun istisna olmaqla rəqibləri ilə az qala baş-başa mübarizə apardı. Ümid edək ki, "Qarabağ” ÇL iştirakını adına layiq tamamlayacaq. ÇL xeyli təcrübəli klubların hətta bizdən də az xal topladığını görəndə, əlbəttə şükür etmək yox, müqayisə üçün əsaslarımız var.

Image result for Pedro Enrike

 

Amma indi daha vacibi "Qarabağ”ın növbəti Avropa turnirləri həyəcanınadək optimal heyət formalaşdırmasıdır. "Qarabağ”ın icarəyə götürdüyü son 3 futbolçudan, şəxsi qənaətimcə, ancaq Pedro Enrike özünü doğrultdu (bəlkə Şeydayevə çox şans verilmədi, on görə onu görə bilmədik). Bu çox təcrübəli və texnikalı oyunçunu heyətdə saxlamaq çətin olacaq, çünki onun kimi hücumçunun Azərbaycanın toz basmış milli çempionatında itib-batması heç insafdan deyil.

Image result for Qurban Qurbanov

 

Anton Kanibolotskini və Yakub Jezniçak heyətdə saxlamaq olar. İndi belə çıxır ki, "Qarabağ” milli çempionatın səviyyəsinə görə məcburdur ki, yaxşı oyunçunu ancaq Avropa səviyyəli turnirlər ərəfəsi icarəyə götürsün. Bu, klubun özünə qeyri-ciddilik gətirən bir haldır ki, burda nə Qurban qardaşımızın, nə klubun menecerlərini qətiyyən qınamalı deyil. Səbəb milli çempionatdadır ki, bu danışılmış oyunlar qalmaqalı olmadan da nə olduğu bəlli idi. "Qarabağ”ın əsas narahatçılığı heyəti ilə bağlı olmalıdır. Bu qeyri-müəyyən vəziyyətində klubu Avropa standartlarına uyğunlaşdırmaq çox çətin olacaq.

Image result for Qarabağ Roma

"Qarabağ”ın növbəti il ÇL düşmək şansı xeyli çətinləşəcək, çünki UEFA yeni qaydalar tətbiq edir ki, bu artıq mini Avropa Çempionatı kimi bir format olacaq.

 

Başlıca dəyişiklik təsnifat mərhələlərinin ləğv olunması, qrup mərhələsinə vəsiqə uğrunda mübarizənin isə birbaşa pley-offdan başlamasıdır. Bu məsələdə milli federasiyaların klub reytinqi əsas götürüləcək. Yeni reqlamentin tələblərinə və hazırkı klub reytinqinə görə Almaniya, İtalya, İspaniya və İngiltərə hərəyə 4, Rusiya, Fransa və Portuqaliyanın hər biri 2, İsveçrə, Belçika, Hollandiya, Türkiyə və Ukrayna isə qrupda 1 komanda ilə təmsil olunacaq. Daha 5 klub isə pley-off oyunlarında məlum olacaq. Son 5 vəsiqə uğrunda yarışacaq 10 klubun müəyyənləşməsi də məhz reytinq göstəricilərinə əsaslanalacaq. İlk dördlük ölkələrin təmsilçiliyinə gəlincə, yəni milli birinciliyin yekunlarına, 1-i isə tarixinin zənginliyinə görə Çempionlar Liqasında iştirak hüququ qazanacaq (mənim internet resurslarında əldə etdiyim qərarlar bunlardır, ola bilsin yanlışlar var, qüsura baxmayın).

Amma şübhə yoxdur ki, "Qarabağ” kimi az büdcəli və az tanınan klublar üçün ÇL-ə vəsiqə qazanmaq çox çətin olacaq. Bugünkü oyunu əlamətdar edən bir tarix var. Ağdam klubu bu axsam Avropa turnirlərində 90-cı matçına çıxacaq. Qitə miqyaslı turnirlərdə 1996-cı ildə debüt edən "Qarabağ” 32 qələbə qazanıb, 24 heç-heçə edib. 33 məğlubiyyəti olan Ağdam klubu 88 qol vurub və 114-nü buraxıb. Maraqlı və "Qarabağ” adına fəxr ediləsi statistikadır.

Image result for Tobias Stilier

 

"Roma” - "Qarabağ” matçını almaniyalı hakimlər briqadası idarə edəcəklər. Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Bastian Dankert və Harm Osmers olacaq. Almanlar yaxşı hakim olurlar, onlar haqda qaralayıcı nəsə yazmaq olmaz. Amma "Qarabağ” ÇL qrup mərhələsində hakim xətalarından və qərəzdən əziyyət çəkdi.

Bizə yaşatdığın xoş dəqiqələrə görə təşəkkür! Uğurlar, "Qarabağ”...

Nazim SABİROĞLU

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300