Gənclər üçün yeni təhlükə:xəstəlik mənbəyi olan tatu niyə dəbə düşüb?

 

 

Həkim və dini ekspertdən ilginc xəbərdarlıqlar

Son vaxtlar gənclər arasında, hətta yeniyetmə yaşdakı məktəblilər arasında bədəninə tatu döydürmə halları geniş yayılıb. İnsanların bəziləri müvəqqəti, bəziləri isə daimi qalan tatuya üstünlük verir. Lakin bunu edərkən heç kim tatunun insan səhhətinə nə qədər zərər vuracağı haqqında düşünmür. Lakin döymənin sağlamlığa mənfi təsiri ilə bağlı tibb işçiləri arasında ümumi formalaşmış fikirlər var ki, onları hər kəs bilməlidir.

Ən dəhşətlisi odur ki, tatu dəri xərçəngi yaradır. Bundan başqa hamiləlikdə qadın bədəninə döymə etdirərsə, körpənin inkişafına mənfi təsir və anormallığa səbəb ola bilir. Həmçinin insanlarda tetanus, herpes deyilən uçuqlar yaradır.

Tatunun yol açdığı dəhşətli xəstəliklərdən biri də Hepatit B və C xəstəlikləridir. Allergik reaksiya yaradır. Kimyəvi reaksiya nəticəsində limfa düyünü iltihabına səbəb olur. Bəziləri isə düşünür ki, müvəqqəti döymələr daimi döymələr kimi təhlükəli deyil. Əslində bu, yanlış düşüncədir. Müvəqqəti döymələr bir ay sonra dəridən çıxsa da allergik narahatlıqlara, ciddi infeksiyalara, hətta QİÇS kimi yoluxucu xəstəliklərin keçməsinə səbəb ola bilir.

Tibb elmləri doktoru Adil Qeybulla da "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, tatu etdirərkən müxtəlif xəstəliklərə yoluxma riski böyükdür:"Tatunun problemi odur ki bu ilk növbədə peşəkarlıq məsələdir. Bu işlə məşğul olanlar çoxdur. Digər tərəfdən də tatu edərkən bir qabda olan boyadan istifadə olunur, onun müəyyən qədər başqa bir qaba boşaldılır və dəriyə yeridilir. Burada steril qaydaların nə dərəcədə gözlənilməsi tatunu edən şəxsin peşəkarlıq səviyyəsindən, təhsil və elmindən, bu məsələ ilə bağlı nə dərəcədə bilgili olmasından asılıdır. Təbabətdə aseptikanı, antiseptikanı bilmədən fəaliyyət göstərmək olmaz. Bunların pozulması müştərinin ağır xəstəliklərə yoluxmasına gətirib çıxara bilər. Kosmetologiyada, stomatologiyada, cərrahiyyədə bu praktika çox ciddidir. Bu gün virusların geniş yayılmasına gətirib çıxaran yollar çoxdur və bunlar nəzərə alınmalıdır. İstər manikür-pedikür, istər tatu zamanı, digər kosmetoloji prosedurlar zamanı təəssüflər olsun ki, bu virusların keçmə ehtimalı hələ də qalır”.

Image result for Adil Qeybulla

A.Qeybulla tatu edən zaman xəstəliklərin necə yayılmasından da danışdı:"Praktika belədir ki, iynəni hər hansı qabda olan boyaya batırırlar, proses bitdikdən sonra boyanın artığını qaba qaytarırlar. Təsəvvür edin ki, əgər bu iynə ilə bir xəstə adama döymə edilibsə, onun qanı istifadə olunan boyaya qarışıbsa, həmin qalan məhsul ümumi boyanın içinə töküldükdə artıq digər müştərilərin də həmin virusa yoluxma təhlükəsi yaranır. Bəzən insanlarda Hepatit C aşkarlanır, ancaq tapa bilmir ki, buna necə yoluxub. İnsanlar diqqətli olmalıdırlar və bu prosesə ciddi nəzarət olmalıdır. İstifadə olunan boyalar ayrıca qaba qoyulmalıdır və hər bir müştəridən sonra qalıq boya atılmalıdır, qabı sterilizasiya olunmalıdır. Həmin boyanın təkrar istifadəsi qəti olmaz”.

Tatunun ümumilikdə ziyanına gəldikdə isə ekspert bildirdi ki, döymələr dərinin derma qatında qaldığına görə uzun müddət pozulmur:"Epidermis qatına döymə edilərsə, bu qat mütəmadi təzələndiyi üçün döymə də itib gedir. Ancaq dermaya hopdurulan boyalar uzun müddət, hətta ömür boyu qalır. Burada boyaların keyfiyyət məsələsi də var. Keyfiyyətli və orqanizm üçün nisbətə zərərsiz olan boyalar da var ki, bir çox sınaqlardan keçiblər. Bir də 3-cü dərəcəli ölkələrdən gələn keyfiyyətsiz boyalar da var. Rəngli boyalarda müəyyən problemlər müşahidə olunur. Maqnit sahəsinə münasibətdə orqanizmin bioenerjisinin pozulması, müxtəlif nevroloji halların ortaya çıxması kimi hallar yarada bilir. Yüksək gərginlikli elektrik naqilləri arasında yaranmış zonadan bədənində rəngli tatu olan adam keçdikdə bədənində mütləq müəyyən dəyişikliklər əmələ gəlir. Bu hal sübuta yetirilib. Yəni tatu heç bir halda zərərsiz deyil, zəruri olmadığı halda bunu etmək doğru sayılmır. Hazırda yapışqan şəklində olan müvəqqəti döymələr də var. Onlar bir müddət qalır və sonradan silinir. Yəni onların dərinin altına yeridilməsinə lüzum yoxdur. Lakin insanların, xüsusilə də qadınların sosial aləmdə rolu genişləndikcə, şou-biznes və digər sahələr vüsət aldıqca bu cür prosedurlara da ehtiyac yaranır. Təbii ki, bundan biznes məqsədi ilə, korporativ maraqlarla istifadə olunur. Əgər buna gedilirsə, qeyd etdiyimiz nüanslar gözləmək lazımdır”.

Adil Qeybulla vurğuladı ki, tatunun silinməsi də zərərli və ağrılı bir prosesdir:"Dərinin derma qatının üst qatı yandırılır. Onu lazerlə xüsusi üsulla yandırır və tatunu silirlər. Ancaq burada da sonradan çapıq əmələ gəlir. Tatunu tam izsiz şəkildə silmək mümkün deyil. Daimi tatu etdirən adam bunu nəzərə almalıdır ki, sonradan onu izsiz bir şəkildə silmək mümkün deyil. Bu çox ağrılı bir prosedurdur. O baxımdan tatu etdirərkən yüz ölçüb bir biçmək lazımdır”.

Image result for Bəhruz Camal

İlahiyyatçı Bəhruz Camal hesab edir ki, Quran və hədislərdə tatunun halal və ya haram olması ilə bağlı heç bir məlumat yoxdur. Amma İslam dini ehtimal olunan zərəri belə dəf edəcək qədər diqqətli dindir:"Əgər bir şeydən zərər olacağı ehtimal olunursa, İslam dini buyurur ki, həmin məsələdən çəkinin. Tatunun da, döymələrin də törətdiyi problemlər var ki, dərialtı xərçəng, xoralar törədə bilər. Bunu təbabət də sübut edir. Bu baxımdan tatudan çəkinmək lazımdır. Quranın bir ayəsinə istinad edərək demək olar ki, özünüzü təhlükəyə atmayın. Bu da həmin təhlükələrdən sayıla bilər. Peyğəmbərdən belə bir hədis var ki, İslam dinində özünə və kiməsə zərər yetirmək yoxdur. Bu da özünə zərər vermək sayılır. Ona görə tatudan çəkinmək lazımdır. Nəinki tatu, zərərli digər şeyləri də haram hesab etmək mümkündür.”

Nərgiz LİFTİYEVA, musavat.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300