Saakaşvili tərəfdarlarına prezidenti işə buraxmamağı təklif edib

 

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixeil Saakaşvili dekabrın 10-da Maydan (Azadlıq) meydanında Ukrayna prezidenti Petr Poroşenkonun impiçmenti barədə qanunun qəbul edilməsi tələbi ilə aksiya keçirmək niyyətindədir.


APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Kiyevdə Ali Radanın qarşısındakı Avropa meydanında keçirilən mitinqdə M. Saakaşvili bəyan edib.

Polis bu günkü aksiyaya 2,5 min nəfərin qatıldığını açıqlayıb. M. Saakaşvili isə dekabrın 10-da 100 minlərlə, milyonlarla ukraynalının Maydan meydanına toplaşacağını, Bankovuy küçəsi ilə Prezident Administrasiyasının qarşısına hərəkət edəcəklərini və prezidenti iş yerinə buraxmayacaqlarını bildirib.

Qeyd edək ki, oktyabrın 17-dən Kiyevdə Ali Radanın binası qarşısında fasiləsiz aksiyalar keçirilir. Aksiya iştirakçıları deputat toxunulmazlığının ləğv edilməsini. seçki islahatlarının aparılmasını və Antikorrupsiya Məhkəməsinin yaradılmasını tələb edirlər. Öncə bir çox siyasi partiyanın dəstək verdiyi aksiyalar hazırda yalnız M. Saakaşvilinin partiyası tərəfindən davam etdirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300