Hz. Muhəmmədin (s) əxlaqı

Mərhəmətli, rəhmli Allahın adı ilə! İslam Peyğəmbəri, həzrət Adəmdən (ə) həzrət İsaya (ə) qədər bütün Peyğəmbərlərin fəzilətlərinə malik olmasıyla yanaşı özünəməxsus xüsusiyyətlərə malik idi. Əxlaqi səciyyələr və insani dəyərlər o həzrətin yaraşığı idi! Allah-taala Qurani-kərimdə Peyğəmbərləri bir-neçə sifətlə mədh etmişdir. İslam Peyğəmbəri (s) barəsində isə onun bəzi üstün sifətlərini vurğulayaraq belə buyurmuşdur: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!”(1)

İmam Hüseyn (ə) buyurur:” Atam Əmirəl-möminindən Peyğəmbərin əxlaqı barəsində soruşdum, buyurdu: Peyğəmbər, ətrafındakılarla münasibətdə daim gülərüz və mülayim idi. Heç vaxt qəzəbli, daşürəkli, kobud, yalançı, nəzakətsiz danışan, eyb axtaran və eyib açan deyildi. Heç kəs ondan naümid olmadı və hər kəs onun evinə getdikdə ümidlə qayıdardı. Mübahisə etmək, çox danışmaq və ona aid olmayan işə qarışmağı sevməzdi. Heç kimi danlamaz, gizli eyblərini axtarmaz və acı danışmazdı. Elə əzəmətə yiyələnmiş idi ki, danışarkən camaat tərpənmədən, sakit onu dinləyərdilər. Onu tanımayan yad adamlar qəzəblə danışdıqda səbr edərdi. Səhabələrinə, ehtiyaclı adamların ehtiyaclarını təmin etmələrini deyərdi. Heç vaxt başqasının sözünü kəsməzdi və...”(2)

Peyğəmbər (s) buyurur: "Mən əxlaqi dəyərləri və fəzilətləri kamilləşdirmək üçün peyğəmbərliyə seçilmişəm” (3)

Qurani-kərimdə Peyğəmbərin bəzi əxlaqi sifətlərini mədh edən ayələr var. Bu ayələrin bir qismini qeyd edirik: 1. Mülayim rəftar: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!”(4)

2. Mərhəmətli: "Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”(5)

3. Hamını səbrlə dinləyən və möminlərə inanandır: "(Münafiqlər içində) Peyğəmbəri incidib: "O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”,- deyənlər də var. De: "O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!”(6)

4. Ürək yandıran və başqalarının dərdinə şərik olandır: "(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!”(7)

"(Ya Rəsulum! Məkkə müşrikləri) İman gətirməyəcəklər deyə, bəlkə, özünü həlakmı edəcəksən?! Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz) boyun əyib durarlar.”(8)

5. Möminlərlə təvazökar idi: "Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)”(9) Allah-taala belə bir əxlaqa yiyələnən insanla, möminləri xüsusi tərzdə davranmağı əmr edir. Nümunə olaraq bəzi ayələrə işarə edirik: "Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Peyğəmbəri özünüz bir-birinizi çağırdığınız kimi çağırmayın. Ona "Muhəmməd, nə deyirsən?” yox, "Bəli! Buyur, ey Allahın elçisi, ey Allahın peyğəmbəri!” – deyə cavab verin. Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar). Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!”(10)

"Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.”(11)

Başqa ayədə Peyğəmbərin hüzurunda ədəblə rəftar etməyi təqva əlaməti sayaraq buyurur: "Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!”(12)

Əlbəttə İslam Peyğəmbəri həzrət Muhəmmədin (s) əxlaqını işarə etdiklərimizlə xülasələşdirmək olmaz. Lakin bu kiçik yazıda o həzrətin əxlaqına aid Quran ayələrini nəzərdən keçirdik. Buna baxmayaraq o həzrət, Allahın qüdrətilə, heç bir kəsi öldürmədən və qan tökmədən Məkkə şəhərini fəth etdikdən sonra dövründə yaşayan təəssübkeş müşriklər və münafiqlər intiqam qəsdiylə hər an xoşagəlməz arzularını həyata keçirmək istəyirdilər. Təəssüflər olsun ki, bəzən öz məqsədlərinə çatmaq üçün müxtəlif yollara əl atırdılar. Məsələn, Peyğəmbərin ünvanına sehrbaz, dəli, qulaq və sair kimi nalayiq ifadələr deməklə, daş vurub mübarək dişini sındırmaqla və hətta bəzi vaxtlar, fürsət olduqda terror planlarıyla ona və əhli-beytinə qarşı olan kin-küdurətlərini dəfələrlə üzə çıxarmışlar.

Qeydlər: 1- Qələm, 4-cü ayə. 2- Məanil-əxbar, səh: 83, (xülasə). 3- Biharul-ənvar, c: 16, səh: 287. 4- Ali-İmran, 159-cu ayə. 5- Tövbə, 128-ci ayə. 6- Tövbə, 61-ci ayə. 7- Kəhf, 6-cı ayə. 8- Şüəra, 3-4-cü ayələr 9- Şüəra, 215-ci ayə 10- Nur, 63-cü ayə. 11- Hucurat, 2-ci ayə. 12- Hucurat, 3-cü ayə

Hazırladı: Ə. Şəhriyar

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300