MÜSƏLMAN "NATO-su” ELAN EDİLDİ - 41 islam dövləti hərbi koalisiya yaratdı

 

Riyadda rəsmən Səudiyyə Ərəbistanı başda olmaqla hərbi koalisiya elan edilib.

Koalisiyaya Pakistanın keçmiş ordu komandanı Rahil Şərif rəhbərlik edir. İslam ölkələri koalisiyası bu gün müdafiə nazirlərinin ilk yığıncağını keçirib. Səudiyyə Ərəbistanının həm də müdafiə naziri olan şahzadəsi Məhəmməd İbn Salman anti-terror koalisiyanın iclasını keçirib. Əsasən sünnilər olmaqla, 41 ölkənin qoşulduğu koalisiyanın rəsmi bəyanatında bildirilib ki, üzv ölkələr qlobal terrorim və zorakı ekstremizmlə mübarizədə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.
«Görüş koalisiyanın işinin rəsmi başlanğıcına və üzv ölkələr arasında əməkdaşlığı möhkəmləndirilməsinə təməl qoydu» – deyə sənəddə bildirilir. Şərif görüş iştirakçılarına müraciətində bildirib ki, koalisiya anti-terror əməliyyatları və üzv ölkələrin kəşfiyyat məlumatlarının mübadiləsi yolu ilə terrorizm əleyhinə mübarizəyə platforma olacaq. Koalisiyanın tətbiqi Pakistanda diqqət mərkəzindədir. Pakistanlı skeptiklər koalisyanın işinə qruplaşma kimi şübhə ilə baxır və bunu İran, Suriya və İraq kimi şiə ölkələrə qarşı koalisiya hesab edir.
Qurumun tərəfdarlı bunu müsəlmanların NATO-su adlandırıb./"Amerikanın səsi"/

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300