Respublika Quşçular Cəmiyyəti yumurtanın pərakəndə satış qiymətində müşahidə olunan artıma münasibət bildirib. Uluyol.az APA-ya istinadən xəbər verir ki, cəmiyyətin sədri Aydın Vəliyev hazırda qiymətin artması üçün heç bir zəmin olmadığını söyləyib:"Dəqiq deyə bilərəm ki, istehsalçılar tərəfindən qiymət artımı barədə qərar qəbul olunmayıb. Qiymətlər əvvəlki səviyyədədir. Ən son məlumata əsasən, istehsalçılar 360 ədəd yumurtanı 42 manata satır.

Beləliklə, 1 ədəd yumurtanın qiymətinin 11-12 manat arasında formalaşmasından xəbər verir. Qiymət artımına işbazlar səbəb olur. Necə deyərlər, işbazlar tərəfindən əldən-ələ və ya başqa ad altında yumurtanın satılması bu cür fəsadlar verir. İşbazlar qiyməti artırır, sonra da məsuliyyəti atırlar istehsalçıların üzərinə.

Halbuki, istehsalçı bazar üzü görmür. Bir daha qeyd edirəm ki, hazırda qiymət artımı üçün heç bir zəmin yoxdur. Əksinə, biz yumurta ixracı üçün yeni bazarlar axtarırıq, çünki daxili bazarda tələbatı tamamilə ödəyirik”.

Qeyd edək ki, hazırda bəzi marketlərdə 1 ədəd fabrik yumurtasının qiyməti 15 qəpiyə, kənd yumurtasının qiyməti isə 24 qəpiyə çatıb.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300