Ərdoğan:"NATO-ya etibar ciddi suallar doğurur”

 

NATO-ya etibar ciddi suallar doğurur. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Alyansın havadan müdafiə sahəsində Ankaraya yardım etməkdən imtina etməsini şərh edərkən bildirib.


"NATO-ya etibar, ümumilikdə, Alyansda ciddi suallar doğurur”, - deyə Ərdoğan qeyd edib. Prezident xatırladıb ki, Suriya ərazisindən gələn təhdidlərin şiddətləndiyi dövründə NATO "Patriot” zenit-raket sistemlərini Türkiyə ərazisindən çıxardıb və Türkiyənin hücuma məruz qalacağı təqdirdə Ankaraya dəstək verməyəcəyini bildirib.

"Belə olacağı təqdirdə Türkiyə havadan müdafiə sisteminin möhkəmləndirilməsi məqsədi ilə Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasına dair danışıqlara başlayıb. Məhz o zaman NATO-ya üzv olan bəzi aparıcı dövlətlər Ankaranı tənqid etməyə başladı. Bu NATO-nun daxilində problemlərin olduğunu təsdiqləyir”, - deyə Ərdoğan qeyd edib.

O bir daha ABŞ-ın Suriyadakı hərəkətlərini pisləyib: "İŞİD-lə mübarizə adı altında PYD terrorçularına siyasi dəstək verilir, onlar silahlandırılır və maliyyələşdirilir. Rəqqada iki terror qruplaşması arasında sövdələşmə ifşa edildikdən sonra ABŞ yüzlərlə İŞİD terrorçusunun bölgəni maneəsiz tərk etməsindən məlumatlı olduğunu etiraf edib. Bu Türkiyənin müttəfiqlərinə yaraşmayan rüsvayçı etirafdır. Ankara bölgənin reallıqlarından çox gözəl məlumatlıdır. Sual başqadır: ABŞ yürütdüyü siyasətin fəsadlarını dərk edirmi?”, - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə İdlibdəki əməliyyatı başa çatdıracaq, həmçinin, PYD-nin nəzarətində olan Afrin və Manbic rayonlarını terrorçulardan azad edəcək, habelə İraqın şimalında PKK bazalarının yerləşdiyi Kandil dağlarına da zərbələr endirəcək.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300