Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Neftçala rayonunda vətəndaşları qəbul edəcək

DİM-dən "Qafqazinfo”ya verilən məlumata görə, qəbul noyabrın 30-da saat 10.00-da Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, H.Əliyev prospekti, 34) keçiriləcək.

Qəbulda Neftçala, Salyan, Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyənlərin DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (https://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Şirvan Regional Bölməsinə (ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 19, tel.: (02121) 5-15-23) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Neftçala, Salyan , Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon təhsil şöbələrində noyabrın 20-dən 29-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçməklə qəbula yazılmaq mümkündür.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300