"Rəsulzadənin evi uşaq bağçasına çevrilib" -Fazil Mustafa

 

Bu gün Milli Məclisin növbəti plenar iclası baş tutub. Gündəlikdə olan 30 məsələnin müzakirəsindən öncə cari məsələlərin müzakirəsi keçirilib.

Yenicag.az xəbər verir ki, AXC-nin yaranmasının 100 illiyi ilə əlaqədar məsələyə toxunan Fazil Mustafa qeyd edib ki, bununla bağlı tədbirlərin keçirilməsi üçün parlamentin də qərarı olmalıdır:

"Bu cümhuriyyətin qurulmasında iki böyük tarixi şəxsiyyətin rolu var. Onlardan birincisi Məhəmməd Əmin Rəsulzadə, digəri isə hərbi cəhətdən bizə kömək etmiş Nuru Paşadır. Biz – deputat həmkarım Qüdrət Həsənquliyevlə mən baş nazir Artir Rasi-Zadəyə bu iki şəxsin abidəsinin ucaldılması ilə bağlı müraciət etmişik. Bizə bir cavab deyən yoxdur. Rəsulzadənin Novxanıdakı evindən uşaq bağçası kimi istifadə edilir. Biz sonda tədbirlərin keçirildiyini deyəcəyik, amma yenə bu şəxsiyyətlərlə bağlı heç nə etmədiyimiz bəlli olacaq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, Cümhuriyyətin yubileyinin keçirilməsi ilə bağlı işlərə 1 il bundan əvvəl başlanılıb: "Vaxtı gələndə nəticəsini görəcəyik”.

Araz Zeynalov, yenicag.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300