Bu dərmanlar apteklərdən yığışdırıldı

 

Best Pharma MMC-yə məxsus aptekin həkim resepti olmadan güclü təsir edən maddə hesab edilən tramadol tərkibli "Royal” və "Paden” adlı 7 ədəd həbi qanunsuz satması aptek sahibinə cinayət işinin açılması ilə nəticələnib.

Bu hadisə apteklərdə bəzi hallarda reseptsiz də satılan psixotrop dərmanların satışını bir daha gündəmə gətirdi.

Məsələ ilə bağlı Axar.az-ın apardığı sorğuya Bakı şəhərində fəaliyyət göstərən apteklərdən cavab olaraq bildirilib ki, sözügedən dərmanların satışı artıq həyata keçirilməyəcək. Belə ki, bir çox apteklərdən psixatrop tərkibli dərmanlar yığışdırılıb.

Bildirilib ki, aptek rəhbərləri şəxsi təşəbbüsləri ilə bu tərkibli dərmanların satışını dayandırıblar. Satışdan yığışdırılan dərmanlar sırasında "Tromadol”, "Tramal”, "Kontramal”, "Royal”, "Paden” və s göstərilir. Bəzi aptek rəhbərləri sözügedən psixatrop tərkibli dərmanların satışını hətta reseptlə də həyata keçirməyəcəklərini açıqlayıblar.

Maraqlıdır, psixotrop dərman hesab edilən "Tramadol” nədir? Onu kimlər alır?

Narkotik tərkibli bu dərman bir zamanlar Azərbaycanda apteklərdə gizli yollarla da satılıb. Onun 150 və 300 dozalı olanları var. 150 doza 5 manat, 300 dozalı "Tramadol” isə 10 manatdır.

Bu dərman güclü asılılıq yaradır və insan şüuruna çox ağır psixoloji təsir edir. Hətta narkotikdən daha ağır effektləri var. Bu dərmandan asılılıq o həddə çatır ki, aludəçisi olanlar vaxtında qəbul etməyəndə qaşınma, dəri-zöhrəvi xəstəliyi, tərləmə, halsızlıq, ürəkgetmə halları baş verir. "Tramadol” sonsuzluğa da yol açır.

Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Həmin dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur.

Məlumata görə, "Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. Güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.

Xatırladaq ki, bu preparatların satışını həyata keçirmək üçün apteklərə Səhiyyə Nazirliyindən xüsusi lisenziyalar verilməli, həmçinin həmin apteklər bunun üçün Səhiyyə Nazirliyindən xüsusi icazə almalıdır. Bu xüsusi icazədən sonra apteklər sözügedən dərmanların satışını ancaq reseptlə həyata keçirə bilərlər.

Şərtlər bununla bitmir. Belə ki, reseptdə ancaq psixatrop tərkibli dərmanlardan ancaq biri qeyd edilə bilər. Bu resept isə 15 gün müddətinə keçərlidir ki, müddət bitdiyi günə qədər dərman alınmasa, apteklərin satmasına icazə yoxdur.

Qeyd edək ki, Bakı Prokurorluğu və Bakı Baş Polis İdarəsi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair zəruri tədbirlər həyata keçirib.

Best Pharma MMC-yə məxsus aptekdə güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli "Royal” adlı və preqobalin tərkibli "Paden” adlı 7 ədəd həbin qanunsuz satılmasında əsaslı şübhələr müəyyən edilib. Bu səbəbdən Bakı Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanıb. Satıcı həbs edilib, aptekin sahibi axtarışdadır.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300