Müsavat həbsdəki gənc fəallara qarşı işgəncələrə son qoyulmasını tələb edir

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda 2003-cü il oktyabr seçkiləri və 15-16 oktyabr hadisələri müzakirə olunub.

Divanda Azərbaycanda demokratiya naminə şəhid olmuş Həmidağa Zahidov və Alqayıt Məhərrəmovun əziz xatirəsi yad edilib. 16 oktyabr hadisələri zamanı üç mindən artıq müsavatçının və onlarla digər fəalların həbs edildiyi, 800-dən çox müsavatçıya cinayət işi qaldırıldığı, təqib və işgəncələrə məruz qaldığı qeyd edilib. Divan bu hadisələri Müsavat Partiyasının və bütövlükdə Azərbaycan xalqının azadlıq və ədalət uğrunda apardığı mübarizənin şərəfli səhifəsi, Azərbaycanda ailə hakimiyyətinin qurulmasına qarşı dirəniş nümayişi kimi qiymətləndirib.

Divan baş verən bu ağır repressiyalardan şərəflə çıxmış müsavatçılara azadlıq uğrunda mübarizədə mətinlik, fədakarlıq və qələbə arzulayıb.

Daha sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Xətai, Beyləqan, Zaqatala və Şamaxı rayon təşkilatlarında keçirilmiş hesabat-seçki yığıncaqları haqda məlumatlar dinlənilib.

Başqan müavini Elman Fəttah Polşa Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Tbilisi şəhərində "İmperiyanın çöküşü; müstəqil dövlətlərin 100 illiyi” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında Divana məlumat verib. Qeyd edib ki, konfransda MSDM-nin sədri İsa Qəmbər və Müsavat başqanı Arif Hacılı məruzə ilə çıxış edib. İki gün davam edən konfransda Polşa-Gürcüstan, Polşa-Azərbaycan əlaqələri haqqında dəyirmi masalar keçirilib.

Divan 13 saylı cəzaçəkmə müəssisəində saxlanılan "NİDA” Vətəndaş Hərəkatının fəalları – Bayram Məmmədova, İlkin Rüstəmzadəyə, Elgiz Qəhrəmana qarşı qeyri-insani rəftarı pisləyib və dərhal bu özbaşınalıqlara son qoyulmasını tələb edib.

Divanda həmçinin 21 oktyabr tarixinə elan edilmiş yürüş, ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər müzakirə edilib.

 

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300