Ali Məhkəmə Zakir Fərəcovun tələbinə rədd cavabı verdi

İkram Rəhimov icra başçısını ittiham etdi - Video


Bu gün Ali məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Sumqayıt icra başçısı Zakir Fərəcov və onun şəriki "Ən Ucuz" marketlər şəbəkəsinin rəhbəri Vüqar QələndərovunRealliq.infosaytının baş redaktoru İkram Rəhimova qarşı xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmə icra başçısının və onun şərikinin tələbini rədd edib.

Xatırladaq ki, ötən il 25 noyabrda Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudov Zakir Fərəcovun sifarişini icra edərək İkram Rəhimovu CM - nin 147.2 - ci maddəsi ilə ittiham edərək 1 il azadlıqdan məhrum etmişdi. 3 aydan sonra Sumqayıt Apellyasiya məhkəməsi şəhər məhkəməsinin hökmünü ləğv edərək İkram Rəhimovu və şikayətçi Rəhman Novruzovu məhkəmə zalından azadlığa buraxmışdı. Qərardan narazı qalan icra başçısı və onun şəriki Ali məhkəməyə kassasiya şikayəti vermişdilər. Bu gün həmin şikayətə baxılıb və təmin edilməyib.
Məhkəmədən sonraRealliq.info- nun baş redaktoru mediaya açıqlama verib.
Həmin video müsahibəni təqdim edir. //Reportyor.org

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300