Alimlər "səkkizinci qitə”yə dair yeni dəlillər tapıblar

 

Alimlər Sakit okeanda Yeni Zelandiyanı əhatə edən okean dibində qədim quru ekosistemin olduğuna dair dəlillər tapıblar.

ABŞ Milli Elm Fondu 12 ölkədən olan 32 alimdən ibarət beynəlxalq araşdırma qrupunun Sakit okeanda apardığı kəşfiyyat işlərinin başa çatdığını bildirib.

Xezerxeber.az Türkiyənin NTV kanalının saytına istinadla xəbər verir ki, ABŞ Milli Elm Fondunun okean elmləri bölməsinin nümayəndəsi okean dibində aparılan qazıntılarda əldə edilən ilk tapıntıların regionun keçmişdə zəngin quru ekosistemi olduğuna dair dəlillər ortaya qoyduğunu bildirib.

Baş tədqiqatçı Cerald Dikkens okean dibindən səkkiz min canlı növü və yüzlərlə skelet qalığı əldə etdiklərini deyib. Dayaz və mülayim sularda yaşayan bəzi mikroorqanizmlərin və bitkilərə aid tozcuqların aşkarlanması Zelandiyanın keçmişdə çox fərqli məkana və iqlimə malik olduğunu sübut edir.

Alimlər "səkkizinci qitə” olduğu düşünülən Zelandiyanın 23 milyon il əvvəl bugünkü Avstraliya və Arktika ərazilərini əhatə edən nəhəng qitədən ayrılaraq okeanın dibinə çökdüyünü ehtimal edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300