Bu ölkədə "WhatsApp” tamamilə qadağan edildi

 

"WhatsApp” artıq Çində tamamilə qadağan edilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun müddət Çin hökumətinin təzyiqi altında olan "WhatsApp” artıq qadağan edilib. Çin uzun müddətdir ki, veb-saytlara, xüsusilə sosial şəbəkələrə və Qərbə aid olan saytlara daxil olmaq üçün məhdudiyyət qoymuşdu. Vikipediya, Twitter, Facebook, Instagram və bir çox Google xidmətləri hazırda Çində bloklanır. Daha əvvəl "WhatsApp” qismən bloklanmışdı.

Bir müddət görüntülü söhbətlər ve digər funksiyalar işləməyib. Amma, indi isə Çin "WhatsApp” vasitəsilə ünsiyyəti tamamilə dayandırıb. The New York Times qəzetinə danışan kiber təhlükəsizlik mütəxəssisləri məlumatı təsdiqləyib. Yeni blok normal mətn mesajlaşması da daxil olmaqla xidmətin bütün aspektlərini pozur. Bu hərəkətin səbəbini proqnozlaşdırmaq çətin deyil. Belə ki, "WhatsApp” hökumətin ona nəzarətini çətinləşdirən və ya qeyri-mümkün edən şifrəli mesajları dəstəkləyən xidmətlərdən biridir.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300