İmmuniteti möhkəmləndirən - 5 ƏN SINANMIŞ VASİTƏ » Ulu Yol Xəbər portalı

Havalar soyuduqca immun sisteminin möhkəmləndirilməsi olduqca aktual məsələyə çevrilir.

 

Bəzi çox sadə vasitələr bizə immuniteti yüksək səviyyədə saxlamağa, soyuqdəymə və qripp xəstəliklərinə tutulmamağa və ya bu xəstəlikləri daha asan keçirməyə kömək edə bilər.

 

Sizə ən sınanmış vasitələri təqdim edirik:

 

1. Arıçılıq məhsulları (bal, bərəmum, arı südü və s.). Bütün bu məhsullar immun sitemini çox yaxşı möhkəmləndirir və stimullaşdırır.

 

2. Süd məhsulları. Bağırsaqların mikroflorasının vəziyyəti immun siteminin səviyyəsi ilə sıx bağlıdır. Bağırsaq problemləri (ishal, qəbizlik, disbakterioz və s.) olan insanda immunitet aşağı səviyyədə olur. Bu səbəbdən bağırsaqların normal fəaliyyətini təmin etmək olduqca vacibdir. Bu işdə ən yaxşı köməkçimiz süd məhsullarıdır.

 

3. Exinaseya bitkisi. Bu bitkinin immun sistemini möhkəmləndirmək xüsusiyyətləri tibdə öz təsdiqini tapıb. Bu səbəbdən exinaseya immuniteti möhkəmləndirmək üçün olan çoxsaylı vasitələrin (damcılar, həblər və s.) tərkibinə daxil edilir.

 

4. Zəncəfil. Bu möcüzəli bitki də immun sistemini effektli şəkildə stimullaşdırır.

 

5. Aloe vera. Bu biki və onun şirəsi tibdə güclü immunostimulyator kimi tanınır və həm ənənəvi, həm də xalq təbabətində geniş istifadə olunur.(saglamolun)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300