«Stimul Hospital» lisenziyasız fəaliyyət göstərir?
 
"Stimul Hospital» lisenziyasız fəaliyyət göstərir? Vətəndaşlara qarşı biganə münasibətin hökm sürdüyü tibb ocağında nələr yaşanır? Heç kimə sirr deyil ki, bu gün dövlətin səhiyyə sektoruna diqqət və qayğısı ən yüksək səviyyədədir.
 
Dövlət büdcəsindən səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, xəstəxana binalarının əsaslı şəkildə təmir olunması və yenidən qurulması bu qayğının ən bariz nümunəsidir. Bununla yanaşı, həkimlərin təkmilləşdirilməsi istiqamətində də müxtəlif işlər həyata keçirilir. Bildiyiniz kimi, son illər özəl səhiyyə sektoruna da diqqət artıb. Daha dəqiq desək, son beş il ərzində özəl klinikaların sayı əhəmiyyətli dərəcədə çoxalıb.
 
Özəl tibb müəssisələrinin çoxalması öz növbəsində bu sahəyə nəzarətin gücləndirilməsini də zəruri edir. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən belə klinikalarda göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir. İndiyə kimi bəzi özəl tibb müəssisələrində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilmiş və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülmüşdür. Amma buna baxmayaraq, bəzi özəl klinikalarda problemlər azalmaq bilmir ki, bilmir. Həmin tibb müəssisələrindən biri də Sabunçu rayonunda yerləşən «Stimul Hospital»dır. Burda cərəyan edən xoşagəlməz hadisələr haqda ötən saylarımızda məlumat vermişdik. Təəssüflə qeyd etmək istəyirik ki, hospitalın direktoru Azər Mehdiyev və baş həkim Ayxan Məmmədli tənqidlərdən nəticə çıxarmaq istəmirlər.
 
Əldə etdiyimiz məlumatlara görə, adıçəkilən tibb mərkəzində insan taleyinə biganə münasibət mövcuddur: «Burda işləyən həkimləri, eləcə də hospitalın rəhbərliyini vətəndaşların sağlamlığı deyil, başqa məsələlər maraqlandırır. Hospitalın gözəl, yaraşıqlı olması, yaxud da bir çox avadanlıqla təchiz olunması hələ yetərli deyil. Burda çalışan həkimlərin bir çoxunun peşəkarlığı aşağı səviyyədədir. Elə buna görə də vətəndaşlara qoyulan diaqnozların əksəriyyəti yanlış çıxır. Həmçinin bu klinikada analizlərin tam fərqli nəticələri olur. Bu da bəzi hallarda vaxtı bitmiş reaktivlərdən istifadə ilə bağlıdır». Məlumatlı mənbənin bildirdiyinə görə, hospital rəhbərliyi səhiyyə sahəsinə aid edilən qayda-qanunlara qətiyyən riayət etmir: «Qaydalara uyğun olaraq, pasiyentin xəstəliyi, bu günə kimi keçirdiyi xəstəliklər, patologiyaları tələb olunan formatda xəstələrin tibbi sənədində əks olunmalıdır. Lakin hospitala daxil olan xəstələrin tibbi sənədi açılmır. Yalnız xəstənin ödədiyi pulun miqdarı adi kağızda qeyd olunur. Bu isə birbaşa qanunlara qarşı hörmətsizlik və qanun pozuntusudur.
 
Dövlətin səhiyyəyə dair qəbul etdiyi bütün qərarlar, əmrlər, protokollar sanki «Stimul Hospital»dan yan keçib. Klinikanın sahibinin daha çox qazanc əldə etmək arzusu vətəndaşların keyfiyyətli tibbi xidmət almasına maneçilik törədir. Bu səhiyyə ocağında savadlı kadrlar və peşəkar həkimlər barmaqla sayılası qədərdir. Buna görə də inzibati və təşkilati məsələlərin, eyni zamanda tibbi fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gəlməyi bacarmırlar». Başqa bir iddiaya əsasən, «Stimul Hospital»ın lisenziya ilə bağlı bəzi problemləri var. Deyilənə görə, tibb ocağı lisenziyasız fəaliyyət göstərir. Bu və digər ittihamlara aydınlıq gətirmək üçün səhiyyə müəssisəsinin (012) 555 20 20 nömrəli əlaqə telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı.
 
Buna baxmayaraq, hospital rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq. Sonda əlaqədar dövlət qurumlarından, o cümlədən Səhiyyə Nazirliyinin rəsmilərindən vətəndaşlara qarşı biganə münasibətin hökm sürdüyü və keyfiyyətli tibbi xidmətin aparılmadığı «Stimul Hospital»da araşdırma aparıb lazımi tədbirlər görməsini xahiş edirik.(gündelik-baku.com)
 
ULUYOL.İNFO
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300