Payız fəslidir və havalar artıq sərin, küləkli olmağa başlayıb. Gün keçdikcə havalar daha da soyuyur və yağışlı günlərin başlamasına elə də çox müddət qalmayıb. Bu cür havalar xüsusilə də uşaqların səhhətində problemlər yaradır, onların xəstələnməsinə yol açır. Məhz hava keçidlərində uşaqlarda qızdırma, halsızlıq, öskürək, qusma kimi hallara çox rast gəlinir. Bəs bu cür narahatlıqları aradan qaldırmaq üçün valideynlər nələrə diqqət etməlidir?

Bununla bağlı Ailem.az-a danışan pediatr Vaqif Qarayevbildirir ki, mövsümlə bağlı havanın hətta günbəgün dəyişməsi uşağın həm ümumi ovqatına yansıyır, həm də payızın soyuğu orqanizmə təsir edir: "İbtidai sinif şagirdləri məktəbin ümumi ab-havasına, mühitə çox çətinliklə uyğunlaşırlar. Çünki onlarda başqa rejim yaranır, həm yuxu, həm yemək, üstəlik də dərs hazırlıqları. Bunlar hamısı psixoloji yükdür. Buna görə də bu dəyişikliklər mütləq immunitetə təsir edir”.

"Uşaqla mehriban davranın ki...”

Pediatr deyir ki, belə havalarda uşağın çantasına mütləq qalın bir geyim qoyulmalıdır: "Qidalanmada isə təbii ki payızdır, tərəvəz, meyvə nisbətən çox olmalıdır. Məktəbli uşaqların gündəlik menyularında ət olmalıdır. Meyvəni isə şirə şəklində yox, yaxşı olar ki, təbii şəkildə yesinlər. Yağışlı, çiskinli havalarda uşaqların ovqatı pozulur. Ona görə belə günlərdə onlarla daha diqqətli və mehriban olmaq lazımdır. Onlar çox ağlağan olur, evdən çıxmaq istəmirlər. Ona görə valideyn də, müəllim də daha mehriban olmalıdır ki, uşaq havanın verdiyi stressə dözsün”.

"Valideynlər həkimə yox, əczaçıya inanır”

V.Qarayevin sözlərinə görə, körpə yaşlı uşaqlarda qızdırma 38 dərəcədən çoxdursa və 3 gündən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Südəmər uşaqlarda isə günün əhəmiyyəti yoxdur. Onda qızdırma varsa, dərhal həkimə getmək lazımdır: "İlkin yardım kimi, valideynlər uşaqlara qızdırma əleyhinə dərmanlar verə bilər. Həkimin baxışına qədər parasetomol qrupundan nəsə, ya da nurofen vermək olar. Bəzən fikir verirəm, valideynlər gedir aptekə, satıcıya deyir ki, uşağımın qızdırması var. Aptekçi də ora 5 dənə dərman qoyur, valideyn hamısını alıb aparır. Bəla burasındadır ki, valideynlər əksər hallarda həkimə yox, əczaçıya inanır, onların dediyinə əməl edirlər. Amma həmin dərmanların necə istifadəsini, hansı dozada verilməsini həkim təyin etməlidir. Bəzən valideynlər gəlir deyir ki, uşağın qızdırması var, məncə, boğazı ağrıyır. Aptekçi də ona qızdırma dərmanı və iki antibiotik təyin edir. Əksər hallarda o antibiotik lazım deyil. Yəni apteklər burada tibb müəssisəsi kimi deyil, ticarət obyekti kimi fəaliyyət göstərir. Adi soyuqdəymə məsələn, iki-üç günə keçəcəkdisə, o antibiotiklərin zərərləri hesabına həmin xəstəlik daha da uzanır”.

Südəmər uşaqlarda davamlı qızdırma təhlükəlidir

Həkim qeyd edir ki, südəmər uşaqlarda davamlı, 38 yarımdan çox qızdırma müşahidə edilirsə, bu, uşağın həyatı üçün təhlükəlidir: "Ona görə də özünü müalicə ilə məşğul olmaq yolverilməzdir. Özbaşına antibiotiklər təyin etmək olmaz. Çünki əksər hallarda antibiotikin təyinatına göstəriş olmur. Bu da uşağın mədə-bağırsaq sistemində ciddi problemlər yaradır. Həmçinin, yüksək qızdırmalarda uşaqlarda nazik kapilyarların partlaması nəticəsində burun qanamaları ola bilər”.

Qusma hallarında bədən susuzlaşır

O bildirir ki, qusma olduqda və xüsusilə üç yaşına qədər uşaqlarda təkrar qusmalar yaranarsa orqanizmdə susuzlaşma ehtimalı həddindən artıq çoxalır: "Bədən susuzlaşır, təkcə mədə-bağırsaq deyil, orqanlar da bu prosesə qoşulur və vəziyyət ağırlaşır. Əgər uşaqda iki-üç dəfədən çox qusma olarsa, həkimə müraciət edilməlidir. Məktəb yaşlı uşaqlar qusmanın yaratdığı susuzlaşmaya bir az davamlı olurlar, körpə yaşlı uşaqlar isə
yox. Burada da özünü müalicə olmaz”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300