Lənkəranda daha iki inanclı həbs edilib.

Cenubnews xəbər verir ki, ötən gün Lənkəran şəhər Girdəni kəndində iki inanclı məscid axundunun hədəfinə tuş gəlib.

Belə ki, hələlik adını dəqiqləşdirdiyimiz Mahir və onunla məscidə gələn dostu namaz qılmaq üçün məsciddə yer olmadığından namazı məscidin həyətində qılmaq istəyiblər.Bu zaman məscidin Adil adlı axundu üzünü olara tutaraq təhqiramiz söyüşlərlə hər iki inanclını təhqir edib və polisə zəng edərək hər iki inanclını həbs etdirib.Kənd sakinlərinin verdiyi məlumata görə, hər iki inanclı barəsində Lənkəran şəhər məhkəməsinin qərarı ilə 20 sutka həbs cəzası çıxarılıb.

Digər məlumata görə, hüquq-mühafizə orqanları valideynləri 4 və 10-nömrəli məktəblərə çağıraraq imza alırlar ki, övladlarını məscidə buraxmasınlar.

Qeyd edək ki, bir neçə gündür paytaxtda oğurlanan Lənkəran sakini Bəhruz Quliyevdən hələdə məlumat yoxdur.B.Quliyevin yaxınları onun harada olduğu barədə hüquq-mühafizə orqanlarından heçkim cavab vermir.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300