Главная > GÜNDƏM > Merkel istefa verə bilər

Merkel istefa verə bilər


10-03-2019, 16:40.

         Merkel istefa verə bilər

 

Almaniyanın sabiq xarici işlər naziri Ziqmar Qabriel baş nazir Angela Merkelin erkən istefa verə biləcəyini bəyan edib.

ONA-nın "Augsburger Allgemeine” qəzetinə istinadən verdiyi məlumata görə, Z. Qabriel A. Merkelin siyasətindən narazılığın artması səbəbindən belə bir addım ata biləcəyini söyləyib.

Sabiq xarici işlər naziri deyib ki, A. Merkeli daha parlaq lider keyfiyyətlərinə malik siyasətçi əvəzləyə billər.

Qeyd edək ki, A. Merkeli Xristian-Demokrat İttifaqının rəhbəri Anneqret Kramp-Karrenbauer əvəzləyəcəyi gözlənilir.

 


Вернуться назад