Главная > GÜNDƏM > Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Məhəmməd Əmin Rəsulzadənin anım günüdür


6-03-2019, 00:24.

          Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

Martın 6-ı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür.

 

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində tanınmış ruhani ailəsində anadan olub.

Gənc yaşlarından siyasi proseslərə qoşulub və müxtəlif siyasi qurumların yaradılmasında iştirak edib. M.Ə.Rəsulzadə Müsavat Partiyasının qurucularından olub.

Çar imperiyasının dağılması ilə 1918-ci ildə Şərqdə ilk respublikanın -AXC-nin yaradılmasında iştirak edib.

1920-ci il aprelin 28-də bolşevik Rusiyası Azərbaycanı işğal edib. M.Ə. Rəsulzadə Azərbaycanın işğalına açıq etiraz edənlərdən olub. O, həbs edilib, daha sonra Moskvaya aparılıb. Moskvadan isə gizlin mühacirətə gedib.

Tale elə gətirib ki, M.Ə.Rəsulzadə ömrünün qalan hissəsini mühacirətdə yaşamalı olub və 1955-ci il martın 6-da Ankarada müalicə aldığı xəstəxanada üç dəfə Azərbaycan deyərək gözlərini dünyaya əbədi yumub

 


Вернуться назад